Azərbaycan “Formula-1” üçün 60 milyon dollar xərcləyəcək? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:10 Son günlər müşahidə olunan intensiv yağıntıların kənd təsərrüfatına təsirləri açıqlanıb  |     21:02 Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ  |     20:56 Daha bir naməlum şəhidin kimliyi bilindi  |     20:48 Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO  |     20:41 Daha 4 kənddə qaz təchizatı dayandırılacaq  |     20:30 Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib  |     20:25 Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb  |     20:16 COP29: Dayanıqlı və ədalətli gələcəyə can atırıq  |     20:10 Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək  |     20:02 Ələt Azad İqtisadi Zonasının imkanları BƏƏ-də təqdim olunub  |     19:55 İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb  |     19:48 “Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb  |     19:34 AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək”  |     19:15 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:00 Azərbaycanda həkim vəfat etdi  |     18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |    

Azərbaycan “Formula-1” üçün 60 milyon dollar xərcləyəcək? - AÇIQLAMA

Rusiyanın “Kommersant” qəzeti maraqlı iddia ilə çıxış edib.

Nəşr bu ilin aprelində keçiriləcək “Formula-1” yarışının Azərbaycana 60 milyon dollara başa gələcəyini iddia edir.

Yazıda bildirilir ki, 2017-ci ilədək “Formula-1”ə rəhbərlik etmiş Berni Eklstoun tərəfindən qoyulmuş qaydalara əsasən hər növbəti mərhələ əvvəlkindən 5-10% baha olmalıdır.

Ancaq sözügedən nəşr onu qeyd edib ki, sentyabrın 8-də İtaliyanın Montsa şəhərində keçiriləcək Qran Priyə onun promouterləri yalnız 24 milyon dollar ödəmək istəyir. Halbuki Azərbaycan Qran Prisindən sonra keçiriləcək bu məbləğin məntiqlə daha çox olması lazım idi.

Qeyri-rəsmi mənbənin sözlərinə əsasən, sentyabrın 29-da Rusiyanın Soçi şəhərində keçiriləcək yarışın ilə təxminən 45 milyon dollara başa gələcəyi də qeyd olunub. Halbuki ortalama rəqəm 30,7 milyon dollar olmalıdır. Bununla belə, Rusiya promouterləri “Formula-1” brendinin hazırkı sahibinin qoyduğu “Liberti Media”dan narazı deyillər.

Lakin Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai saytımıza açıqlamasında bu məlumatı təkzib edib.

O bildirib ki, bu xərclər konfidensial saxlanılır və onun mətbuata sızması mümkün deyil.

Qeyd edək ki, Böyük Britaniyanın paytaxtı Londonda “Formula-1” Promouterlərinin Assosiasiyasının (FOPA) görüşü olub. Burda 21 promouterdən 16-sı (FOPA-ya Rusiya, Monako, Bəhreyn, BƏƏ və Yaponiya daxil deyil – S.M.) qatılıb. Onlar “Liberti Media” əleyhinə bəyanat yayaraq bu qurumun iş prinsiplərini tənqid ediblər.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 266 31.01.19 14:29