Spirtli içkilərin yeni təhlükəsi aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:32 “Qalatasaray”ın böyük sərmayə qoyduğu oyunçu geri qayıdır  |     11:31 Qarabağın elektron xəritəsi hazırlanıb - VİDEO  |     11:30 “Togg” Avropa bazarına çıxır  |     11:28 İcbari tibbi sığortada YENİLİK: Bəzi müayinələr pulsuz olacaq - VİDEO  |     11:26 İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO  |     11:16 Bəzi məhsulların idxalı və satışı ƏDV-dən azad edilib - QƏRAR  |     22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |    

Spirtli içkilərin yeni təhlükəsi aşkarlandı

Normadan artıq spirtli içki qəbulu, həmçinin, xroniki alkoqolizm insan genlərinin aktivliyində uzunmüddətli dəyişikliklərə yol aça bilər.

Median.az
oxu.az-a istinadən bildirir ki, ABŞ-ın Ratqer Universitetinin alimləri belə bir nəticəyə gəlib.

Araşdırmanın nəticələri "MedicalXpress" nəşrində dərc olunub.

Mütəxəssislər davranışın tənzimlənməsində iştirak edən PER2 və POMC genlərini tədqiq edib. Birinci insan orqanizminin bioloji saatına cavab verir, ikincisi stressə reaksiya formalaşdırır.

Tədqiqatda orta və normadan artıq spirtli içki qəbul edənlər və içki düşkünləri iştirak edib. Alimlər bu qruplar arasında PER2 və POMC genlərinin metilasiya (epigenetik tənzimləmə prosesi) dərəcəsini müqayisə edib.

Metilasiya zamanı DNT-yə metil qruplar qoşulur ki, bu da genlərin aktivlik səviyyəsini dəyişir. Məlum olub ki, içki düşkünlərində genlərin fəaliyyətinə mənfi təsir göstərən, onların zülal ifraz etmə sürətini aşağı salan yüksək metilirasiya səviyyəsi müşahidə olunur.

Spirtli içki qəbulu dəyişikliklərə düz mütənasibdir. Yəni insan nə qədər çox alkoqol qəbul edərsə, genlərdəki dəyişikliklər o qədər güclü olacaq. Bundan başqa, tədqiqatda stressli vəziyyətin təsvir olunduğu şəkillərə baxdıqdan sonra içki düşkünlərində, orta səviyyədə spirt qəbul edən şəxslərlə müqayisədə alkoqola daha güclü istək müşahidə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 221 30.01.19 23:09