Tofiq Bəhramov adına Respublika Stadionunun damı uçub - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK  |     12:04 Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb  |     12:02 Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var  |     12:00 Azərbaycanda general vəfat etdi  |     11:59 Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb  |     11:58 Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb - FOTO  |     11:56 Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı  |     11:54 Suraxanı və Binə qəsəbəsi illər əvvəl - “Qızıl Fond”dan NADİR GÖRÜNTÜLƏR (VİDEO)  |     11:53 Cəlilabadda 30 yaşlı kişi taksi sürücüsünü bıçaqladı - TƏFƏRRÜAT  |     11:51 Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR  |     11:50 Binəqədinin keçilməz yolları - VİDEO  |     11:49 Paytaxt sakinini yük avtomobili vurub  |     11:47 Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA (VİDEO)  |     11:43 Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü  |     11:41 Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO  |     11:33 Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstanda görüşü baş tuta bilər  |     11:18 Ukraynada sabiq nazir həbs edilib  |     22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |    

Tofiq Bəhramov adına Respublika Stadionunun damı uçub - FOTO

Tofiq Bəhramov adına Respublika Stadionunun damı uçub.

Oxu.az bu məqsədlə arenanın direktoru Şamil Quliyevin fikirlərini öyrənib:

“Güclü külək zamanı dam örtüyü qopub. Bu stadionun təmiri ilə 2012-ci ildə cənubi koreyalı mütəxəssislər məşğul olublar. Onları yenidən bura dəvət etdik ki, öz məsləhətlərini, rəylərini versinlər. Çünki materiallar xaricdən gətirilib. Örtüyün bərpası ilə yerli mütəxəssislər məşğul olacaq. Bərpa prosesi uzağı bir həftə çəkəcək. 650 dərəcə temperaturda həmin örtük xüsusi texnologiya vasitəsilə yapışdırılacaq.

Həmin yerlər yamaq kimi görünməyəcək. Çünki örtükdə cırılma yoxdur, sadəcə qopub. Əmin edə bilərəm ki, bu yer daha qopmayacaq”.

Qeyd edək ki, stadionda fevralın 3-də Azərbaycan Premyer Liqasının “Qarabağ” – “Neftçi” görüşü keçiriləcək. XV turun görüşü saat 18:30-da başlayacaq.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 517 28.01.19 16:09