Mojo.az Banner
14:05 Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - Video  |     14:04 Ayrıldıqları şirkətdən yeddi min manatlıq oğurluq etdilər  |     14:03 Ələtdə BƏDBƏXT HADİSƏ: Qadın 4-cü mərtəbədən yıxılıb ÖLDÜ  |     14:03 "MV Hondius" gəmisindən təxliyə edilən ABŞ vətəndaşında hantavirus təsdiqləndi  |     14:01 Azərbaycanda tanınmış fotoqraf VƏFAT ETDİ - FOTO  |     13:54 Azərbaycanda nağd pul dövrü bitir? – Ekspertdən VACİB AÇIQLAMA  |     13:22 Hantavirus COVID-19-dan təhlükəlidir? – Alimdən AÇIQLAMA  |     13:19 Şəkidə iki nəfər dağlıq ərazidə köməksiz qalıb - Video  |     13:16 Antarktida ilə bağlı QORXUNC PROQNOZ  |     13:13 Neft bahalaşdı - SON QİYMƏT  |     12:57 İranda Nərgiz Məhəmmədi azadlığa buraxıldı  |     12:54 Tailandda yeni koronavirus aşkarlandı  |     12:17 Hantavirusla bağlı Avropanın daha bir ölkəsində karantin  |     12:16 Azərbaycanda 2 yaşlı uşaq binadan yıxılıb öldü  |     23:25 Kruiz gəmisində yeni virus yayılıb: 100-dən çox insan yoluxub  |     23:06 Putin Zelenski ilə görüş ehtimalından danışdı  |     22:57 Hüquqşünas: Eyni peşəkarlıq səviyyəsinə malik şəxslər bərabər maaş almalıdırlar - Video  |     22:49 "Ukrayna heç vaxt müqavilə bağlaya bilməyib" - Lavrov  |     22:12 Bərdədə soğanın qiyməti əkinçilərin "gözünü yaşardır": 30 kilosu 2 manata...  |     21:58 Süni intellektlə saxta materiallar hazırlayıb yayanların NƏZƏRİNƏ - Video  |    
Left Banner
Right Banner

DİM onun adından istifadə edənlərə xəbərdarlıq etdi

28.01.2019 13:08 3 359
DİM onun adından istifadə edənlərə xəbərdarlıq etdi
Son vaxtlar sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin (DİM) adından və cəmiyyət içərisində olan nüfuzundan öz şəxsi maraqları üçün istifadə edən bəzi qruplar daha da fəallaşıblar.

Bu barədə oxu.az-a DİM-dən məlumat verilib.

Məlumatda bildirilir ki, həmin şəxslər imtahana hazırlaşan abituriyentlərə və bakalavrlara elmi metodik kömək göstərmək məqsədilə DİM əməkdaşları və ekspertləri tərəfindən hazırlanmış və dərc edilmiş müxtəlif vəsaitlərdə, habelə DİM-in internet saytında yerləşdirilmiş nümunəvi yoxlama-ölçmə materiallarından Mərkəzin rəsmi razılığı olmadan, şəxsi qazanc məqsədilə istifadə edir, bununla müəllif hüquqları və intellektual mülkiyyət haqqında qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla yanaşı, bəzən də müxtəlif yollarla yaydıqları təhrif olunmuş materiallarla imtahana hazırlaşan şəxsləri çaşdırırlar.

“Məsələn, “Facebook” sosial şəbəkəsində fəaliyyət göstərən “İngilis dili müəllimləri üçün imtahana hazırlıq” adlı qapalı qrup DİM-in ingilis dili üzrə hazırlayıb internet saytında yerləşdirdiyi və kurikulum əsasında hazırlayıb çap etdiyi siniflər üzrə vəsaitdə verilmiş dinləyib-anlama bacarığını yoxlamaq üçün nəzərdə tutulmuş audioyazıları, hətta onların mətn versiyasını və onlar əsasında test tapşırıqlarını müəyyən ödəniş müqabilində (7 - 10 manata) qrup üzvlərinə satırlar.

“Facebook”da fəaliyyət göstərən “Salamzade’s English” adlı digər bir açıq qrupda isə Android platformalı telefonlar üçün “apk” formatlı mobil proqram yerləşdirilmiş, proqramda DİM-in intellektual mülkiyyəti olan materiallardan, o cümlədən, internet saytımızda pulsuz olaraq yerləşdirilmiş audioyazılardan DİM-in razılığı olmadan istifadə edilib.

DİM-in yoxlama-ölçmə materiallarını icazəsiz yayan internet saytlarından biri də www.xaricidil.com saytıdır. Burada da DİM-in razılığı olmadan ona məxsus materiallar yerləşdirilib.

Bəzi tədris mərkəzləri və kurslar isə buraxdıqları hazırlıq vəsaitlərində və keçirdikləri sınaq imtahanlarında DİM-in hazırladığı yoxlama-ölçmə materiallarından qanunsuz olaraq istifadə edir, eyni zamanda onları internet resursları vasitəsilə yayırlar.

Belə insanların nəzərinə bir daha çatdırırıq ki, Dövlət İmtahan Mərkəzinin rəsmi razılığı olmadan onun hazırladığı yoxlama-ölçmə materiallarının, dərc etdiyi elmi-metodik vəsaitlərin, jurnalların, test kitabçalarının və qiymətləndirmə vasitələrinin hər hansı hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması qadağandır.

İmtahana hazırlaşan şəxslərə, onların valideynlərinə və müəllimlərinə isə tövsiyə edirik ki, hazırlıq zamanı Təhsil Nazirliyinin təsdiq etdiyi rəsmi dərsliklərdən və DİM-in imtahan iştirakçılarına elmi-metodik kömək məqsədi ilə hazırlayıb nəşr etdiyi rəsmi materiallardan istifadə etsinlər”, - deyə məlumatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner