“Ölkədə monopoliyanın bir faizini göstərsəniz, mən istefa verərəm” - Gömrük Komitəsinin sədri » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |     11:53 Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi  |     11:49 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     11:47 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:45 “Mançester Yunayted” fransalı hücumçu ilə yolları ayıracaq  |     11:45 Bakıda özünə bıçaqla xəsarət yetirən 37 yaşlı kişi ölüb  |     11:44 Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA  |     11:43 Sumqayıtda təlim maşını yanıb  |     11:42 Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var  |     11:41 Fransa Azərbaycan və Ermənistan arasında Almatıda keçirilən görüşü alqışlayıb  |    

“Ölkədə monopoliyanın bir faizini göstərsəniz, mən istefa verərəm” - Gömrük Komitəsinin sədri

"Azərbaycanda inhisarçılıq yoxdur".

Median.Az
"Report”a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı bildirib.

"Ölkədə inhisarçılığın olduğunu deyənlər bir dənə fakt göstərsinlər. Sabah kimsə ölkəyə 100 ton banan gətirirsə, görə bilməz ki, kimsə ona irad bildirir. Bu, mümkün olan şey deyil. Belə fakt varsa, birini göstərin. Azərbaycanda lisenziyası tələb olunan mallar, aksiz markalanmalı mallar da daxil olmaqla və qanunvericiliyə uyğun olan istənilən məhsulu icazə lisenziyası ilə ölkəyə alıb gətirmək mümkündür. Banan və digər kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsi ümumiyyətlə sərbəstdir”.

DGK sədri inhisarçılığın bir faizini göstərən olacağl təqdirdə istefaya gedəcəyini bildirib: "Gömrük sistemində hər hansı məhsulun inhisarçılığı mümkün deyil. Biz malların ixracı ilə məşğul olmağa şərait yaradırıq. Kimsə elə bilir ki, mən inhisarçılığı qoruyuram. Xeyr, biz daxili bazarı qoruyuruq. Daxili bazarı və yerli istehsalı qorumaq məqsədi ilə hansısa xammalın rüsumlarını aşağı salırıqsa, bu da Nazirlər Kabinetinin qərarına uyğun olaraq həyata keçirilir. Daxili bazarın tənzimlənməsinin açarı gömrük orqanlarındadır. Bu səlahiyyət də bizə cənab Prezident tərəfindən verilib. Daxili bazarı hansı şəkildə qorumaq lazımdırsa, qiymət siyasəti, tarif və qeyri-tarif bunu həyata keçirəcəyik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 373 27.12.18 18:04