Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Hacıbala Abutalıbov: “Heç kimə güzəşt olmayacaq”

15.10.2018 17:07 2 222
Hacıbala Abutalıbov: “Heç kimə güzəşt olmayacaq”
“Badamdar yolunun yuxarı hissəsində vəziyyət çox gərgindir. Sürüşmə davam edir”.

Bunu Baş nazirin müavini Hacıbala Abutalıbov Modern.az saytının Badamdar şossesindəki son vəziyyətlə bağlı suallarını cavablandırarkən deyib.

H.Abutalıbov qeyd edib ki, hazırda ərazidə yaponiyalı mütəxəssislər çalışır:

“Mən özüm də ərazidəyəm. Yapon mütəxəssisləri müayinələr aparır. Monitorinqin nəticələrindən asılı olaraq, müavfiq tədbirlər görüləcək. Rəy verilsə ki, burada yaşayış mümkün deyil, o zaman evlər söküləcək. Onsuz da hamısı qanunsuz olaraq tikilib”.

Baş nazirin müavininə ötən gün “O evlərin heç birində yaşayış olmamalıdır, ərazidəki torpaq sahələri qanunsuz olaraq satılıb” fikirlərinin ictimaiyyətdə geniş müzakirəyə səbəb olduğunu və ərazilərin məhz onun Bakının meri olduğu dövrdə satıldığını xatırlatdıqda belə deyib:

“Bütün tikililər yoxlanılacaq. Qanunsuz olan nə varsa aşakara çıxarılacaq və müvafiq tədbirlər görüləcək. Heç kimə güzəşt olunmayacaq”.

Qeyd edək ki, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində – Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.

Hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Hazırda həmin villalar gözətçilər tərəfindən qorunur.

Son xəbərlər