Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Hacıbala Abutalıbov: "Badamdarda sürüşmə zonasındakı 11 ev söküləcək"

15.10.2018 15:58 2 709
Hacıbala Abutalıbov:
"Bakının Badamdar qəsəbəsində sürüşmə baş verən ərazinin yuxarı hissəsində yerləşən 11 evin sökülməsi vacibdir".

Median.Az
Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.

Baş nazirin müavininin sözlərinə görə, ərazidə araşdırma aparmaq məqsədilə Bakıya gələn yaponiyalı mütəxəssislər bu qənaətə gəliblər:

"Yapon mütəxəssislər əraziyə baxış keçirəndən sonra bu qənaətə gəlib. Çünki evlər sökülməlidir ki, ağırlıq müəyyən qədər azalsın. Həmin evlərin hamısı köçürülməlidir, amma indiki mərhələdə yox. Sürüşmədə gərginlik azalandan sonra həmin evlərin köçürülməsinə başlana bilər. İndiki vaxtda ora hər hansı bir müdaxilə qəbuledilməzdir. Biz gözləməliyik ki, gərginlik müəyyən qədər azalsın".

H.Abutalıbov bildirib ki, hazırda ərazidə gərginlik davam edir: "Sürüşmədə hərəkət var. Həmin 11 evin divarlarında 1 saat əvvəl çatlar əmələ gəlib. Yəni hər saat dəyişiklik var. Yapon mütəxəssislər məsləhət bilir ki, bu sahə mütləq geniş öyrənilməlidir. Yəni həmin sürüşmə baş verən 200 metrdən 500 metrə qədər ərazi geniş öyrəniləndən sonra hansısa bir nəticəyə gəlmək olar. Biz ilkin olaraq belə qənaətə gəldik ki, bütün quyuların suları mütləq analiz edilsin. Bunun üçün Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə, "Azərsu" ASC-yə göstəriş vermişik. Analizlər sabaha qədər hazır olacaq və yapon mütəxəssislərə təqdim olunacaq".скачать dle 11.3

Son xəbərlər