Birdəfəlik ödəmə üzrə vərəsələrin şikayətinə baxılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     22:32 AFFA “Kəpəz”i 8500 manat cərimələdi  |     22:24 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı  |     22:20 Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?  |     22:13 Yasamalda mənzildən meyit tapıldı  |     21:58 İsrail daha 11 fələstinlini saxladı  |     21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |     21:37 Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu  |     21:29 "Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)  |     21:24 Malayziya "oranqutan diplomatiyası"na başlayır  |     21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |    

Birdəfəlik ödəmə üzrə vərəsələrin şikayətinə baxılacaq

Qanunvericiliyə uyğun olaraq sığorta ödənişini bir dəfə almış şəhid hərbi qulluqçuların vərəsələrinə təkrar sığorta ödənişi nəzərdə tutulmayıb.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib ki, əgər nazirliyin saytında “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsində axtarış zamanı hərbi qulluqçunun ailəsinin birdəfəlik müavinət almaq hüququnun olmadığı barədə məlumat çıxırsa, demək, onlar birdəfəlik ödəniş alıblar:

“Dövlət Sığorta Kommersiya Şirkəti Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə sığorta ödənişi almış hərbi qulluqçuların siyahısını təqdim edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron İnformasiya Sisteminə həmin siyahıda adları olan şəxslərin sığorta ödənişi aldıqları barədə məlumat daxil edilib.

Bu səbəbdən həmin şəxslərin ailə üzvləri nazirliyin saytına yerləşdirilən siyahıda şəhid qohumlarının adını axtararkən qarşılarına onların birdəfəlik ödənişi alması ilə bağlı qeyd çıxır. Siyahı nazirliyin saytına yerləşdiriləndən sonra birdəfəlik ödəməni almaq hüququ olmayan bir neçə hərbi qulluqçunun qohumları buna etiraz ediblər.

Narazı olan şəxslər hər iki quruma - həm Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, həm də Dövlət Sığorta Kommersiya Şirkətinə rəsmi müraciət edə bilərlər. Şikayətlər araşdırılacaq”.

Qeyd edək ki, dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 317 15.10.18 16:54