Azərbaycanlı zəvvar Məkkədə pul qabı tapdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |    

Azərbaycanlı zəvvar Məkkədə pul qabı tapdı

Azərbaycandan həcc ziyarətinə gedən zəvvarlardan biri Kəbənin ətrafında dolanma ibadətini yerinə yetirərkən pul qabı tapıb.

Zəvvar dərhal pul kisəsini açıb və içərisində tapdığı mobil telefon nömrəsinə zəng vurmağa başlayıb. Pul qabının içində avro və Səudiyyə rialı ilə nəğd pul, bir neçə kredit kartı olub.

Abdulla adlı azərbaycanlı zəvvar mobil telefon nömrəsinin Fransa mobil operatorlarından birinə aid olduğunu görüb və ona dəfələrlə zəng vursa da nömrə bağlı olub. Sonra o, pul qabında tapdığı stasionar telefon nömrəsinə zəng vurub, telefonun dəstəyini götürən şəxs pul qabını itirən zəvvar ibn Zaruqun qohumu olduğunu bildirib.

Qohumu zəvvarın üçüncü ölkədə olan arvadının telefon nömrəsini ona verib. Abdulla həmin nömrəyə zəng vurub, bildirib ki, ərinə itirdiyi pul qabının Azərbaycandan olan zəvvartərəfindən tapıldığını çatdırsın. Pul qabını itirən zəvvarın arvadı isə Həcc ziyarətində əri ilə birlikdə olan dostunun adını deyib.

Abdulla dərhal avropalı, amerikalı və türkiyəli zəvvarlar üçün tavaf ibadətini –Kəbənin ətrafına dövrə vurmağı təşkil edən təsisatla əlaqə saxlayıb, onlardan fransalı zəvvarı tapmaqda kömək istəyib. Həmin struktur öz məlumat bazasından ibn Zaruqun barəsində məlumatları tapıb, onun qaldığı otellə əlaqə saxlayıb və fransalı zəvvardan pul qabını gedib götürmək xahiş olunub.

Fransalı zəvvar pul qabının tapılıb ona qaytarılacağına heç vaxt inanmırdı, xüsusən də pul qabı ziyarətin ilk günlərində Kəbənin ətrafında itirilmişdisə.

Abdulla deyib ki, o ilk dəfə 1974-cü ildə həccə gedəndə öz pul qabını itirmişdi və onu təhlükəsizlik qüvvələrinin əməkdaşları tapıb qaytarmışdı. "Mən indi 44 il sonra öz borcumdan çıxdım”-o deyib.

Fransalı zəvvar isə deyib ki, içərisində mühüm sənədləri olan pul qabını itirdiyinə görə çətin vəziyyətə düşmüşdü və Allaha pul qabının tapılması üçün dua edirdi. (Virtualaz.org)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 605 20.08.18 12:05