Mojo.az Banner
22:56 Qurban Qurbanov: "Sabah"la oyunda belə bir nəticənin olacağını təxmin edirdim"  |     22:48 Adnan Əhmədzadə həbsdən azad oluna bilər  |     22:40 Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  |     22:38 Kafedə dalaşanları ayırmaq istədi - Həyatından oldu...  |     22:33 ABŞ-da təyyarə qəzaya uğrayıb - VİDEO  |     22:26 Sabah Bakının 3 rayonunda qaz kəsiləcək  |     22:18 Emin Əmrullayev: "Kəlbəcər məktəbinin tikintisi 25 yaşlı inşaat mühəndisi tərəfindən aparılır"  |     22:10 Qızılın qiyməti tarixi maksimumu yeniləyib  |     22:02 Ruben Vardanyanın məhkəməsində prokuror təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  |     21:55 "Qarabağ"ın futbolçusu zədələndi  |     21:45 Vətən müharibəsi iştirakçısı Ukraynada itkin düşdü  |     21:37 Rusiya ordusu Ukraynada yeni hücum modelindən istifadə edir  |     21:30 Vəzifəli şəxs vəfat etdi  |     21:21 Niyə saatı qurduğumuz vaxtdan tez oyanırıq? - Alimlər izah edir  |     21:15 Hərbi xidmətə yararsız şəxslərin NƏZƏRİNƏ  |     21:06 Vilayət Eyvazov bu vəzifəyə seçildi  |     20:49 ABŞ-də 333 mindən çox ev və müəssisə işıqsız qalıb  |     20:38 Türkiyədə məşhurlara qarşı əməliyyat: Dörd tanınmış sima sərbəst buraxıldı  |     20:19 ABŞ Rusiyaya qarşı bir neçə sanksiyasını ləğv edib  |     20:16 Azərbaycan - Oman iqtisadi əməkdaşlığı müzakirə etdi  |    
Left Banner
Right Banner

Dənizdə 14 mərmi tapılıb - FOTO

04.07.2018 12:57 1 808
Dənizdə 14 mərmi tapılıb - FOTO
Sumqayıtda 14 top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, bu gün Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 11 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib.

14 ədəd top mərmisi (11 ədəd 85 mm-lik O-365 və 3 ədəd 100 mm-lik OF-415) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərmilərin tapıldığı yerin ətrafında 2 000 kv.m əraziyə (500 kv.m yeraltı və 1 500 kv.m yerüstü) baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.




скачать dle 11.3