Mojo.az Banner
23:02 Avtobuslarda məhz buna görə əks istiqamətli oturacaqlar var imiş  |     22:57 Motosikletlə “Mercedes” toqquşdu - Kuryer xəsarət aldı  |     22:50 Azərbaycanda yetişir, amma ən çox fransızlar yeyir  |     22:45 418 taksi sürücüsü imtahandan kəsildi  |     22:37 İmişlidə FACİƏ: Velosiped sürən beş yaşlı uşaq traktorun altında qalaraq öldü  |     22:32 Pirşağıda 16 yaşlı yeniyetmə dənizdə itkin düşüb  |     22:25 Bakı-Tbilisi-Bakı üzrə əlavə qatarlar niyə artırılmır?  |     22:19 Paytaxtın bu ərazilərində qaz olmayacaq  |     22:13 Matviyenko: "Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər"  |     22:05 Saxta spirtli içkilər niyə korluğa səbəb olur?  |     21:57 Poverbankla bağlı xəbərdarlıq: Hansı hallarda təhlükəlidir? - Video  |     21:54 Rusiyaya pul göndərənlərin NƏZƏRİNƏ: AMB-dən mühüm açıqlama  |     21:43 6 milyon yükləmə: İstifadəçilər niyə "Google Xəritələr" əvəzinə bu naviqatora keçirlər?  |     21:36 Son 15 ildə AÇG yatağından nə qədər neft hasil olunub? - İllər üzrə hasilat  |     21:30 Zelenski Ceyhun Bayramovu belə qəbul etdi - VİDEO  |     21:22 Erkən yaşda sosial mediadan istifadə uşaqların imtahan nəticələrinə necə təsir edir?  |     21:17 Beynəlxalq təcrübədə kartdan-karta limitləri - Praktika nə deyir?  |     21:09 COVID-19 orqanizmdəki gizli virusları aktivləşdirə bilər  |     21:04 Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - RƏQƏMLƏR  |     20:55 Azərbaycan və Ukrayna arasında dialoq müzakirə olundu  |    
Left Banner
Right Banner

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib

18.12.2025 22:40 510
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbir keçirilib.

Median.Az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

ASAN könüllüləri, sosial qayğıya ehtiyacı olan uşaqlar və digər qonaqların da iştirak etdiyi tədbir "ASAN xidmət" və “Bilim Bakı” mərkəzləri ilə tanışlıqla başlayıb. Qonaqlara 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti, həmçinin “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual məhsulunun 30-dan çox ölkəyə ixrac edildiyi bildirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “ASAN Məktub” ağacındakı məktublardan birini öhdəliyə götürüb.

Səyyar ASAN xidmət avtobusu ilə tanışlıq çərçivəsində diqqətə çatdırılıb ki, əsas məqsəd dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir.

"Bilim Bakı" mərkəzinin fəaliyyəti də maraqla qarşılanıb. Qeyd olunub ki, mərkəzin fəaliyyəti 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarının inkişafına yönəlib. Əsas məqsəd şagirdlər arasında həmin sahələrə marağı artırmaq, müasir tələblərə cavab verən bilik və bacarıqları aşılamaqdır.

Tədbirin rəsmi hissəsi "ASAN Məktub" sosial proqramının 10 illik fəaliyyətinə dair videoçarxın nümayişi ilə başlayıb. Məlumat üçün bildirilib ki, “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı 3–14 yaş arası sosial qayğıya ehtiyacı olan uşaqların arzularını reallaşdırmaq, onlara sevinc, diqqət və qayğı bəxş etmək məqsədilə 2015-ci ildən həyata keçirilir. Proqram çərçivəsində bu günədək 56 region üzrə ümumilikdə 10 512 məktuba uyğun arzular gerçəkləşdirilib.

Qonaqlara "Bir qəlbi də sən isit" layihəsi haqqında da məlumat verilib. Layihə çərçivəsində vətəndaşların dəstəyi ilə dekabr ayı ərzində 3-14 yaş arası sosial qayğıya ehtiyacı olan uşaqların arzularının gerçəkləşdirildiyi vurğulanıb. İndiyədək ölkənin müxtəlif bölgələrində 2 500-dən çox uşağın arzusunun reallaşdırıldığı diqqətə çatdırılıb.

Sonra "ASAN Könüllüləri" Təşkilatının "Mədəniyyət Carçısı" proqramı çərçivəsində musiqi ifa edilib, rəqs nümunəsi nümayiş olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "ASAN məktub", "Yaşıl ASAN" və "ABAD" stendlərinə də baş çəkib.

Tədbir Dövlət Agentliyinin həyətində təşkil edilən ağacəkmə aksiyası ilə davam edib.

Tədbir çərçivəsində, həmçinin 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrindən və Sosial Xidmət Mərkəzlərindən olan uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.


скачать dle 11.3
Mojo.az Banner