Mojo.az Banner
23:00 Epşteynin sağ olduğu iddia edildi  |     22:56 Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" detalı (Video)  |     22:45 Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - Video  |     22:33 "Card to card" dövrü bitir? - Hər kəsin bilməli olduğu YENİLİK  |     22:12 Ermənistanda hərbi qulluqçunun meyiti aşkarlanıb  |     22:08 200 illik tarixi məscid qəzalı vəziyyətdə: İbadət edənlər Zaqatalaya gedirlər (Video)  |     22:01 Azərbaycana səfəri zamanı ABŞ vitse-prezidentini dövlət katibinin müavini müşayiət edəcək  |     21:50 AZTV-nin sədr müavininə ağır itki  |     21:40 Pakistanda məsciddə törədilmiş terror aktının təşkilatçısı saxlanıldı  |     21:29 Alış-veriş edən 73 yaşlı kişinin ürəyi dayandı - Azərbaycanda  |     21:17 "Qızıl qaya" istirahət mərkəzində yanğın oldu  |     21:06 Ceyhun Bayramov sabiq səfirə yüksək vəzifə verdi (FOTO)  |     20:51 On min manatlıq cehizlik oğurlayan şəxs saxlanıldı  |     20:37 Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi - Sumqayıtda  |     20:36 "Crocus City Hall"dakı terror aktı üzrə məhkəmədə gizli şahidin ifadəsi dinlənildi  |     20:08 Uşaqlar dərsə gəlmir deyən müəllimlə bağlı tədbir görüldü - VİDEO  |     19:59 Ermənistan XİN-də Azərbaycan və Türkiyə ilə münasibətlər müzakirə edilib  |     19:51 Güllələnən müəllimin atası: "Sosial şəbəkədə nə gəldi yazırlar" (VİDEO)  |     19:31 Azərbaycan cüdoçusu finala vəsiqə qazandı  |     19:25 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?  |    
Left Banner
Right Banner

Şirvanda itkin düşən müəllim öldürülübmüş

29.05.2018 18:49 4 140
Şirvanda itkin düşən müəllim öldürülübmüş
Şirvanda itkin düşən orta məktəb müəlliminin öldürüldüyü məlum olub.

Median.Az
APA-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları mayın 24-də itkin düşmüş Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın qətlə yetirildiyini müəyyənləşdiriblər.

Hazırda istintaq əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin bu gün yayılmış birgə məlumatında bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 5 fevral 2018-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələr - çəkisi 1565,50 qram narkotik vasitə olan heroin və 500 ədəd həbdə təsir miqdarı 20 qram metadon, külli miqdarda psixotrop maddə - çəkisi 307,34 qram təşkil edən metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirən Ağarzayev Mehman Şakir oğlu və Sadıqov Nəriman Telman oğlu ifşa edilərək saxlanılıb.

Faktla bağlı başlanılmış cinayət işi üzrə Mehman Ağarzayev və Nəriman Sadıqov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Davam edən istintaqla cinayət əməllərinin törədilməsində həmin şəxslərlə birgə iştirakı müəyyən edilən Şirvan şəhər sakini Abdullayev Xəyal Hüseynağa oğlunun yaşadığı evdə keçirilmiş axtarış zamanı onun satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda - ümumi çəkisi 77,4 qram 258 ədəd güclü təsir edən maddə olan preqabalin həbləri aşkar edilərək götürülüb. X. Abdullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar zamanı məlum olub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşı, fəaliyyəti dayandırılmış MTN-ə 2006-cı ildə hərbi xidmətə qəbul olunmuş Ağayev Rövşən Firudin oğlu və onunla əlbir olan Şirvan şəhər sakini Əmirov Mətləb Sabir oğlu Şirvan şəhər sakini Abdullayeva Sarayxanım Nadir qızından sonuncunun oğlu təqsirləndirilən şəxs X. Abdullayevin həbsdən buraxılmasına köməklik edilməsi adı altında dələduzluq yolu ilə xeyli miqdarda pul alıblar.

Araşdırmalarla həmçinin müəyyən edilib ki, S. Abdullayeva 24 may 2018-ci il tarixdə itkin düşüb.

Qeyd olunan faktlar üzrə başlanmış cinayət işi üzrə həyata keçirilən birgə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R. Ağayev Dövlət Təhlükəsizliyi Xidməti orqanlarından xaric edilib və iş üzrə R. Ağayev və M. Əmirov şübhəli şəxs qismində saxlanılıblar.скачать dle 11.3