Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Xalq artistinin bacısı yalvardı: Kömək edin - VİDEO

25.05.2018 14:12 2 869
Xalq artistinin bacısı yalvardı: Kömək edin - VİDEO
Mərhum xalq artisti, tanınmış bəstəkar Şəfiqə Axundovanın bacısı Nəhayət Axundova ağır durumdadır. O, bacısının adının əbədiləşməsi üçün kömək istəyib.

Median.Az
yeniçağ.az-a istinadən xəbər verir ki, N. Axundova əlaqədar qurumlara müraciət edib:

“Bacım Şərqdə ilk qadın bəstəkarıdır ki, opera yazıb. Üzeyir Hacıbəyli kimi dahinin tələbəsi olub. Heydər Əliyev onun yaradıcılığını yüksək qiymətləndirib, bütün mükafatlarla təltif edib. Şəfiqənin doğulub, boya-başa çatdığı Şəki şəhərində adının əbədiləşdirilməsini, ev muzeyinin yaradılmasını istəyirəm.

Gələn il bacımın 95, vəfatının da 4 illiyidir. Arzumdur ki, onun adı əbədiləşsin. Heç olmasa doğulduğu Şəkidə adına muzey yaradılsın. Atamızın evində indi başqa adamlar yaşayır. Onlar da pul müqaibilində evdən çıxmağa razıdır. Həmin evi alıb, muzey etmək lazımdır. O ev tarxi məkanda yerləşir. Şəkiyə gedən turistlər oranı gözəl tanıyır. İstərdim ki, həmin ev alınıb, muzey kimi fəaliyyət göstərsin. Gənc nəsil gəlib musiqiləri, yaradıcılığı ilə tanış olsun. Yetişən nəsil bilsin ki, belə bir bəstəkar yaşayıb”.

N.Axundova dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etdiyini deyib:

“Nazirliyə dəfələrlə müraciət etdim, çox böyük hörmətsizlik gördüm. Hər dəfə cavab yazırlar ki, imkanımız yoxdur. Yaşım çoxdur, onkoloji xəstəyəm, ömrümə az qalıb. O günü görmədən dünyamı dəyişmək istəmirəm. Bəstəkarlar İttifaqına, Şəki İcra Hakimiyyətinə də müraciət etmişəm”.

Qeyd edək ki, xalq aristinin bacısı məsələ ilə bağlı 29.01.2018-ci il tarixində Yeniçag.az saytına açıqlama verib. Məsələyə reaksiya verən Mədəniyyət Nazirliyinin rəsmiləri N.Axundova ilə görüşərək, ev muzeyinin yaradılmasının imkanları xaricində olduğunu bildiriblər. Əvəzində bəstəkarın adına Şəki Muzeyində guşə yaradılmasını təklif ediblər. Xalq artistinin bacısı belə bir guşənin 10 il əvvəl yarandığını bildirib.

Son xəbərlər