Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Xalq artisti Rəfiqə Axundovaya “Şöhrət” ordeni təqdim olunub - FOTO

10.09.2021 21:23 729
Xalq artisti Rəfiqə Axundovaya “Şöhrət” ordeni təqdim olunub - FOTO
Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2021-ci il tarixli Sərəncamı ilə görkəmli baletmeyster, Xalq artisti, Prezident təqaüdçüsü Rəfiqə Hacı qızı Axundova Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 10-da Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov sənətkarı evində ziyarət edərək ordeni ona təqdim edib. Nazir Rəfiqə Axundovaya xoş arzularını bildirib, cansağlığı, uzun ömür arzulayıb.

Rəfiqə Axundova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, baş baletmeysteri olub. Sənətkar teatrın solisti kimi dünya və Azərbaycan balet sənətinin bir çox nümunələrində mürəkkəb partiyaları böyük uğurla ifa edərək geniş tamaşaçı rəğbəti qazanıb. O, yaradıcılıq fəaliyyəti boyunca, həmçinin Misir, Yəmən, Əlcəzair, Türkiyə və İsveçdə çalışıb, ölkəmizi dünyaya tanıdıb, milli xoreoqrafiya sənətini layiqincə təbliğ edib. Rəfiqə Axundovanın həyat yoldaşı, Xalq artisti Maqsud Məmmədov ilə birgə quruluş verdiyi dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri ən nüfuzlu teatr səhnələrini bəzəyən gözəl sənət əsərlərinə çevrilib.

скачать dle 11.3
Mojo.az Banner