Mojo.az Banner
22:22 Azərbaycanın 7 karateçisi Avropa çempionu oldu  |     22:15 Rusiyada qəbulu planlaşdırılan qərar gündəm oldu: Kimlərə vətəndaşlıq verilməyəcək?  |     22:10 İctimai nəqliyyatda bir ilk: Üztanıma ilə ödəniş tətbiq olunacaq  |     22:03 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın mərkəzi küçələrindən biri təmirə bağlanır  |     21:58 Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər  |     21:51 Hantavirusdan sona norovirus: 1700 sərnişin üçün karantin elan edildi  |     21:43 Cəhənnəm istisi yaxınlaşır: Temperatur +48 dərəcəyə qədər yüksələcək  |     21:38 Laçında yeni yaşayış məhəlləsi tikiləcək - 41 milyonluq layihə  |     21:29 Narkotikə görə axtarışda olan şəxs Azərbaycandan Hindistana təhvil verildi  |     21:23 "Liverpul"un kapitanı "Qalatasaray"ın hədəfində  |     21:17 Azərbaycanda banklarla bağlı yeni qərar  |     21:09 Külək güclənəcək - XƏBƏRARLIQ  |     21:01 Bratislava ilə Bakı arasında birbaşa uçuşlar başlanacaq  |     20:55 Bu vitaminlərdən içməyin!  |     20:47 Sabah 31 dərəcə isti olacaq  |     20:41 Səhiyyə Nazirliyi saxta sağlamlıq arayışı verən "General Hospital"da araşdırmaya başladı  |     20:34 Bakıda körpü təhlükə saçır - Video  |     20:29 Bu küçədəki xətlənmə sürücülərdə çaşqınlıq yaradıb - Video  |     20:20 Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı  |     20:15 Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - Video  |    
Left Banner
Right Banner

Parlamentdə eks-nazirlərdən danışıldı

11.05.2018 13:58 2 083
Parlamentdə eks-nazirlərdən danışıldı
Millət vəkili Vahid Əhmədov Milli Məclisin (MM) komitə iclasında ölkədə aparılan kadr islahatlarına toxunub və bunu müsbət qiymətləndirib.

Millət vəkili son vaxtlar mətbuatda kadr dəyişiklikləri barədə məlumatlar yayıldığını və onların birmənalı qarşılanmadığını bildirib.

“Köhnə nazir vəzifədən gedən kimi başlayırlar onun üstünə düşməyə.

Filan nazir beş milyard yedi, filan nazir iki milyard yedi, dağıtdı-tökdü... Həmin şəxslər nazir olan zaman Hesablama Palatası onun tabeliyində olan qurumu yoxlayıb.

Maliyyə Nazirliyin xüsusi müfəttişlər qrupu tərəfindən yoxlamalar aparılıb. Digər qurumları hələ demirəm. Əgər bu insanların günahı varsa, vaxtında cinayət məsuliyyətinə cəlb edin.

Onlar da cavab versinlər. Yoxsa, 10-15 il nazir işləyəndən sonra vəzifəsini itirənlərin mətbuatda və sair yerlərdə üstünə düşülür ki, bu da anlaşılmır.

Bunlara heç kim cavab vermək istəmir.

Hesab edirəm ki, Hesablama Palatasının dövlət büdcəsinə nəzarət mexanizmini gücləndirmək lazımdır”, - deyə V. Əhmədov əlavə edib.скачать dle 11.3
Mojo.az Banner