Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Samur-Abşeron kanalına çirkab suları axıdılır - FOTO

11.05.2018 11:59 7 333
Samur-Abşeron kanalına çirkab suları axıdılır - FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirib.

ETSN-dən oxu.az-a bildirilib ki, reyd zamanı Sumqayıt şəhəri Tuğ zavod qəsəbəsi ərazisindəki fərdi yaşayış evlərində formalaşan çirkab sularının birbaşa Samur-Abşeron magistral kanalına axıdılması faktı aşkarlanıb.

Araşdırma zamanı çirkab suların sözügedən ərazidə fərdi yaşayış evlərinin sakinləri Dilqəm Vəliyev və Famil Rüstəmov tərəfindən axıdıldığı məlum olub.

Faktla bağlı protokollar tərtib olunub və təqsirkar şəxslərin hər biri İnzibati Xətalar Məcəlləsinə əsasən, fiziki şəxs qismində 600 manat məbləğində cərimə edilib.

Çirkab suların kanala axıdılmaması məqsədilə ərazidə “şambo”ların tikilməsi üçün qanun pozucularına icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.




Son xəbərlər