Mojo.az Banner
19:15 32 yaşlı azərbaycanlı Moskvada həyatını itirdi  |     19:09 Finlandiya Prezidenti: Ukraynanın bu müharibədə qalib gəlməsini təmin etməliyik  |     19:00 Elşad Xosenin ailə - Fotosu  |     18:53 Əli Əsədov qərar imzaladı  |     18:45 Göyçayda silahlı narkotacir tutuldu  |     18:38 Gəncədə veteranların binası yandı  |     18:20 Bakıda marketdən çıxıb bacısıgilə gedən qadın küçədə öldürüldü, əri saxlanıldı - TƏFƏRRÜAT  |     18:07 Paytaxtın sıxlıq müşahidə olunan küçələri  |     17:52 Sərxoş halda qəza törətdi, ayıq sürücü və qohumu öldü, özü həbs edildi  |     17:31 Misir Mərdanova yeni vəzifə verildi  |     17:02 Azərbaycanda ilk dəfə robotik cərrahi əməliyyat uğurla icra olundu  |     16:58 Zərdabda odlu silah tapıldı  |     16:56 “Hollywood” restoranında kütləvi dava - Tiktokeri döydülər  |     16:54 Kamran Əsədovun növbəti məhkəmə iclası başlayıb  |     16:28 Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb  |     16:16 "Səkkiz" serialının yayımı bərpa OLUNDU  |     16:12 İqbal Məmmədovun "Lerik Broyler"i fəaliyyətini dayandırdı - Sabiq deputatın biznes imperiyası çökür?  |     15:41 Qaradağda qanunsuz ov edənlər tutuldu  |     15:24 Oğurluq edən iki qardaş saxlanıldı  |     15:19 Korrupsiya cinayəti törədən 18 nəfər "iş başında" tutulub  |    
Left Banner
Right Banner

Azərbaycanda maraqlı hadisə: Polis rəisi polisləri cərimələdi

08.05.2018 17:43 17 455
Azərbaycanda maraqlı hadisə: Polis rəisi polisləri cərimələdi
Onlar 150 manat dəyərində cəriməni ödədikdən və pərdələri çıxardıqdan sonra avtomobillərini cərimə meydançasından götürə biliblər

Adətən vətəndaşları polis əməkdaşları cərimələyir. Bu dəfə isə əksinə olub, polis əməkdaşlarının özlərini cərimələyiblər. Təəccüblənəcəksiz, amma bu hal məhz Azərbaycanda, Qusar rayonunda baş verib. 4 nəfər polis əməkdaşı inzibati qaydada cərimələnib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumatına görə, onları elə rayonun polis şöbəsinin rəisi Zaur Bədəlov cəzalandırıb.
Qusar RPŞ-nin 4 əməkdaşının avtomobillərində nəqliyyat vasitələrinin yan şüşələrində qadağan edilən pərdə olduğuna görə, onlar cərimə ödəməli olublar.

Onlar 150 manat dəyərində cəriməni ödədikdən və pərdələri çıxardıqdan sonra avtomobillərini cərimə meydançasından götürə biliblər.
скачать dle 11.3