Azərbaycanın bu qəsəbəsində “Kamaz”ı olmayana qız verilmir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     22:32 AFFA “Kəpəz”i 8500 manat cərimələdi  |     22:24 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı  |     22:20 Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?  |     22:13 Yasamalda mənzildən meyit tapıldı  |     21:58 İsrail daha 11 fələstinlini saxladı  |     21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |     21:37 Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu  |     21:29 "Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)  |     21:24 Malayziya "oranqutan diplomatiyası"na başlayır  |     21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |    

Azərbaycanın bu qəsəbəsində “Kamaz”ı olmayana qız verilmir - VİDEO

Bir vaxtlar şoferlər qəsəbəsi kimi tanınan Qobustanda əvəllər "Kamaz"ı, indi isə "Şaqman"ı olmayana qız verilmir.

Bura Bakının təxminən 70 kilometrlik məsafəsində yerləşən Qaradağ rayonunun Qobustan qəsəbəsidir. Qəsəbə sakinlərinin dili ilə desək, "Qobustan qəsəbəsində "Kamaz"ı olmayana qız da verilmir”.

Bu qəsəbədə sözün əsl mənasında hər həyətdə bir kamaz var. "Kamaz"ların sayının həddindən artıq çox olmasını elə qəsəbəyə girişdə və mərkəzi yolda olan təmir qarajlarının sayından da hiss etmək olur.

Qəsəbədə "Kamaz" sayının çox olmasının səbəbi ilə maraqlandıq. Yerli sakinləri deyir ki, Qaradağ daş karxanalarının əsas məkanıdır. Məhz buna görə də, bu qəsəbədə "Kamaz" sayı bu qədər çoxdur. Qəsəbə sakinlərinin bir çoxu sürücülük edərək çörək pulunu qazanır.

Digər bir səbəb isə vaxtı ilə bu ərazidə yük avtomobilləri bazasının olmasıdır.

Bu "Kamaz"ların əksəriyyəti şəxsidir, bəziləri isə icarə əsasında istifadə edilir.(Xezerxeber.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 302 05.05.18 13:16