Masazırda bibisini öldürən gənc 18 il müddətinə cəzalandırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:05 Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK  |     12:04 Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb  |     12:02 Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var  |     12:00 Azərbaycanda general vəfat etdi  |     11:59 Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb  |     11:58 Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb - FOTO  |     11:56 Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı  |     11:54 Suraxanı və Binə qəsəbəsi illər əvvəl - “Qızıl Fond”dan NADİR GÖRÜNTÜLƏR (VİDEO)  |     11:53 Cəlilabadda 30 yaşlı kişi taksi sürücüsünü bıçaqladı - TƏFƏRRÜAT  |     11:51 Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR  |     11:50 Binəqədinin keçilməz yolları - VİDEO  |     11:49 Paytaxt sakinini yük avtomobili vurub  |     11:47 Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA (VİDEO)  |     11:43 Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü  |     11:41 Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO  |     11:33 Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstanda görüşü baş tuta bilər  |     11:18 Ukraynada sabiq nazir həbs edilib  |     22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |    

Masazırda bibisini öldürən gənc 18 il müddətinə cəzalandırılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Vüsal Şıxəliyevin (1994-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il dekabrın 3-də Masazır qəsəbəsində Vüsal Şıxəliyev bibisi Yeganə İmamverdiyevaya (1975-ci il təv.) balta ilə çoxsaylı xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, bir gündən sonra keçinib. Şübhəli şəxs Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb, fakt üzrə rayon prokurorluğunda cinayət işi başlanıb. Tutulan Vüsal Şıxəliyev cinayəti qisqanclıq zəminində törətdiyini bildirib.

Məhkəmənin hökmü il V.Şıxəliyev 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 660 18.04.18 17:06