Bakıda "MilliÖn" terminalından pul oğurlayan şəxslərə hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |     16:09 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  |     15:50 Rəşad Dağlı əfv olunacaq? - Vəkildən AÇIQLAMA  |     15:46 Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib  |     15:27 Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub  |     15:25 "TikTok" axtarış funksiyası üçün süni intellekti sınaqdan keçirir  |     15:24 Naxçıvanda yağış suları sinif otaqlarına doldu - VİDEO  |     15:23 Balakəndə qanunsuz tikili sökülüb - VİDEO  |     15:01 Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır  |     15:00 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər  |     14:59 Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar  |     14:56 Xəstəxanaya yerləşdirilən aktyorun son durumu AÇIQLANDI - FOTO  |    

Bakıda "MilliÖn" terminalından pul oğurlayan şəxslərə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Cavid İsayev, Xəzər Hüseyov və Şahin Əlizdənin CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
xəbər verir ki, itiham aktına əsasən, təqsirləndirilən şəxslər Binəqədi rayonu ərazisində yerləşən marketlərin birində olan "MilliÖn" ödəmə terninalını yarıb və içərisindən 200 manatdan artıq pulu oğurlayıblar. Cinayətin izini tirmək məqsədi ilə marketin təhlükəsizlik kamerasının yaddaş kartını
da çıxarıblar. Onlar Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıblar.

İstintaq dövründə bu şəxslərdən yalnız C.İsayevin barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmənin hökmü ilə Şahin Əlizadə 4 il, Cavid İsayev 3 il və Xəzər Hüseynov 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar. Ev dustaqlığında olan X.Hüseynovla Ş.Əlizdə məhkəmə zalında həbs ediliblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 585 13.04.18 18:13