Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:08 Sabah bəzi yollar buz bağlaya bilər | 13:03 Kirayə avtomobillərlə səfər edənlərə DYP-dən xəbərdarlıq | 13:02 İlham Əliyev Norodom Sihamonini təbrik edib | 12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ |
Mojo.az Avto
Mojo.az Avto

Yasamalda eyvan ayrıseçkiliyi: “Kefi istəyəni saxlayır, istəməyəni dağıdır” - FOTO

02.04.2018 16:35 2 970
Yasamalda eyvan ayrıseçkiliyi: “Kefi istəyəni saxlayır, istəməyəni dağıdır” - FOTO
Bakının Yeni Yasamal – 2 ərazisində Heydər Əliyev parkı yenidən qurulur.

Median.Az
Yenicag.az-a istinadən xəbər verir ki, yenidənqurma işlərinə görə, Məhəmməd Xiyabani küçəsi, bina 8-də tikilən eyvanlar sökülməlidir. Yasamal rayon icra hakimiyyəti isə qanunsuz tikilən eyvanları özünəməxsus şəkildə sökür: kefi istəyəni saxlayır, istəməyəni dağıdır.

Sözügedən binada qanunsuz hesab olunan yeddi eyvandan yalnız biri sökülür.

Məhəmməd Xiyabani küçəsi, bina 8, mənzil 63-də yaşayan ev sahibinin verdiyi məlumata görə, artıq onun eyvanının üst hissəsini söküblər. Və bu çanaq məhz onun “başında” çatlayacaq, digərlərinə isə toxunmayacaqlar.

Ev sahibi Fəranə Cəfərovanın sözlərinə görə, artıq onlara 5 min manatdan çox ziyan vurulub:

“Əgər qanunsuz eyvanlar sökülürsə, onda hamısı sökülsün. Bizim mənzil binanın ortasında yerləşir. O birilər qalıb, bizdən başlayıblar? Evdən bayıra çıxırsan, gəlib görürsən ki, eyvanda kimsə gəzir. İcra nümayəndəsi olan Vasif adlı şəxs ancaq bizim eyvanın söküləcəyini deyir. Başa düşmürəm ey… Əgər qanunsuzdursa, hamısı sökülsün, yox, onda bizim artırma ilə nə işləri?”.

Mübariz Cəfərovun dediyinə görə, iş icraçılarının əlində heç bir sənəd yoxdur:

“Bunlara kim icazə verib ki, şəxsi mülkə girsinlər? Əllərində heç bir sənəd yoxdur, gəlirlər ki, sökəcəyik. Mənim icazəm olmadan evimə niyə girirlər? İcra nümayəndəsi Vasif bu gücü hardan alır? Dedik ki, “sənəd gətirin, sökün”, biz evdən çıxandan sonra eyvanı çöldən söküblər. Bunları qapıdan qovuruq, bacadan girirlər”.

Məsələni araşdırmaq üçün ərazidə olan Vasif adlı icra nümayəndəsi ilə görüşdükdə həmin şəxs soyadını deməkdən imtina etdi və bildirdi ki, qanunsuz olan digər eyvanlar da söküləcək.

O ki, qaldı söküntünün niyə məhz binanın ortasından başlanmasına icra rəsmisi “onlara da növbə çatacaq. Əlavə suallarınız varsa, mətbuat xidmətinə müraciət edin” – deyə, söhbətdən yayındı.









Son xəbərlər