İtkin düşən alpinistin anası danışdı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |     16:09 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  |     15:50 Rəşad Dağlı əfv olunacaq? - Vəkildən AÇIQLAMA  |     15:46 Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib  |     15:27 Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub  |     15:25 "TikTok" axtarış funksiyası üçün süni intellekti sınaqdan keçirir  |     15:24 Naxçıvanda yağış suları sinif otaqlarına doldu - VİDEO  |     15:23 Balakəndə qanunsuz tikili sökülüb - VİDEO  |    

İtkin düşən alpinistin anası danışdı - VİDEO

“Dekabrın 23-də onu evdən yola saldım. Dedim salamat get, salamat qayıt ay Namin. O da dedi ki, Quba dağlarına gedirik, tez qayıdacağam, təxminən 1-2 günə”.

Median.Az
xəbər verir ki, bu haqda Real TV-yə açıqlamasında itkin düşən alpinist Namin Bünyatovun anası Səadət Bünyatova deyib.

O bildirib ki, dekabrın 25-dən hər gün ona zəng vursa da Namin telefona cavab vermirdi.

“İtkin düşdüklərindən isə dekabrın 27-si xəbər tutmuşam. Aprelin 8-i Naminin ad günüdür. O günü necə yaşayacağam heç bilmirəm”, - deyə Səadət Bünyatova qeyd etdi.

Oğlu itkin düşdükdən sonra qızının yanına sığınan ana günlərdir ki, oğlunun yolunu gözləyir.
Namin 3 ay bundan öncə dekabrın 23-də yola çıxdığı Babur Hüseynov və Fəridə Cəbrayılzadə ilə birlikdə şahdağ zirvəsində yoxa çıxıblar. Dekabrın 26-da geri qayıtmalı olan gənclərdən 3 aydır heç bir xəbər yoxdur.

“Gilavar” idman klubunun Şahdağ Milli Parkı ərazisində yerləşən Tufandağ zirvəsi istiqamətində qalxan üç üzvü – 35 yaşlı Namin Bünyatov, 28 yaşlı Babur Hüseynov və 27 yaşlı Fəridə Cəbrayılzadənin axtarışlarına Fövqəladə Hallar , Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən helikopterlər cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, 3 gənc Xınalıq kəndindən Şahdağ Milli Parkının “Xınalıq” keçid məntəqəsinə gələrək zirvə istiqamətində hərəkət edib və naməlum şəraitdə itkin düşüblər.

Hazırda axtarışlara qoşulan alpinist, “Everest” idman klubunun baş direktoru Rusif Bağırov ərazidəki vəziyyəti Real TV-yə şərh edib.

"Gilavar" - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Babur Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır.Babur Hüseynovun polis leytenantı olduğu bildirilir. Namin Bünyatov isə bir neçə ay öncə iki nəfər həmkarı ilə bərabər "Elbrus" zirvəsini fəth edib. Fəridə Cəbrayılzadə fotoqrafdır. alpinistlərin itkin düşməsi ilə bağlı artıq Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, hazırda axtarışların getdiyi ərazidə qar yağdığından və bu cür hava şəraiti işlərə maneə oldğundan, itkin düşən alpinistlərin axtarışları müvəqqəti dayandırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            9 090 24.03.18 13:29