Kamran Əliyev Bakıda evakuatorların yoxa çıxmasının səbəbinə aydınlıq gətirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:13 Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”  |     16:00 Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?  |     15:43 Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)  |     15:42 Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur  |     15:29 İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI  |     15:26 Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT  |     15:12 Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb  |     14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |     13:52 Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb  |     13:47 Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?  |     13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |     13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |     12:46 Dünya bazarında neft qiymətləri artıb  |     12:43 Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB (VİDEO)  |     12:40 Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq  |     12:39 Bakıda evdə meyit tapılıb  |     12:36 Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO  |     12:35 Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib  |    

Kamran Əliyev Bakıda evakuatorların yoxa çıxmasının səbəbinə aydınlıq gətirdi

Bakıda avtomobillərin evakuasiya edilməsi qadağan edilib.

Bu barədə Baku.ws-ə etibarlı mənbədən məlumat verilib.

Mənbə bildirir ki, dekabrın 21-dən etibarən Bakıda evakuatorların fəaliyyətinin kəskin məhdudlaşdırılması barədə tapşırıq verilib.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə əlaqə saxladıq.

BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Baku.ws-ə bildirdi ki, evakuatorların işinə heç bir qadağa qoyulmayıb, lakin qanunvericilikdə müvafiq dəyişikliklər olunub

Onun sözlərinə görə, yalnız dayanma-durma qaydasını pozmuş nəqliyyat vasitəsi nəqliyyatın hərəkət sıxlığına təsir etdikdə, mühüm dərəcədə məhdudlaşdırdıqda evakuasiya oluna bilər.

“İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, evakuatorlar əvvəlki kimi dayanma-durma qaydalarını pozan avtomobilləri evakuasiya etmir. Qeyd etdiyim kimi əgər nəqliyyat vasitəsi digər avtomobillərin hərəkətini məhdudlaşdırırsa, evakuasiya edilir, cərimə meydançasına aparılır. Dayanma-durma qaydasını pozan sürücü yerində cərimələnir”, - deyə Kamran Əliyev bildirdi.

BDYİ rəsmisinin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik 2017-ci ilin iyul ayından qüvvəyə minib.

Onu da bildirək ki, İXM-nə edilən dəyişikliyin tətbiqindən sonra paytaxt yollarında sürücülərin çox sayda qayda pozuntusuna rast gəlinir. Belə ki, evakuatorların fəaliyyətinin məhdudlaşdırılmasından istifadə edən bəzi sürücülər maşını yollarda hətta 3 cərgədə saxlayırlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 011 30.01.18 12:33