Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Bakıda keçmiş məhbus polislərə hücum etdi

23.01.2018 15:58 7 090
Bakıda keçmiş məhbus polislərə hücum etdi
Paytaxtda keçmiş məhbus Nizami Rayon Polis Bölməsinin əməkdaşlarına hücum edərək, formalarını cırıb.

Oxu.Az xəbər verir ki, asayiş keşikçilərinin üzərinə bıçaqla hücum edən şəxsin əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 (qarət) və 234-cü (narkotik vasitələri qanunsuz istehsal etmə, saxlama, daşıma, satma) maddələri ilə məhkumluğu olan 1972-ci il təvəllüdlü Məmmədov Vaqif Əbdülxalıq oğlu olduğu müəyyən edilib.  

İnsident şənbə günü Məmmədovun Naxçıvanski küçəsində yerləşən mənzilində baş verib.

Məmmədovun həyat yoldaşı Sevda Məmmədova polisə zəng vuraraq, ərinin evə sərxoş vəziyyətdə gəldiyindən və dava saldığından  şikayət edib. Hadisə yerinə gələn polis (çevik polis alayının) əməkdaşları Ruslan Əliyev və Asif Məmmədov silahlı müqavimətlə üzləşib.

Məmmədov bıçağı əlinə alaraq əməliyyatçılara hədə-qorxu gəlib.

Polis əməkdaşlarının onu zərərsizləşdirməsi o qədər də asan başa gəlməyib. Keçmiş məhbus polisin üzərində olan formaları tanınmaz hala salıb.

Formaya ziyan vurduğuna görə Məmmədov cavab verməli olacaq. Belə ki, ona qarşı təkcə xuliqanlıq deyil, eyni zamanda, polis əməkdaşlarına müqavimət ittihamı ilə cinayət işi açılıb.

Fakt üzrə istintaq aparılır.скачать dle 11.3
Mojo.az Banner