Bakıda 10 ildən artıq qul kimi işlədilən yaşlı qardaşların həyatı: “Taxta ilə döyürdülər…” » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:02 Yaşar Güler ​​Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  |     13:56 Bakıda mozaikaların bərpası davam edir  |     13:33 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - GÖRÜNTÜLƏR YAYILDI (VİDEO)  |     13:30 Türkiyədə yoluxucu xəstəlik yayıldı: Karantin rejimi tətbiq edildi  |     13:29 "Apple" yeni "iPhone" modellərinin qiymətini artıracaq  |     13:13 Sertifikatsız müəllimlər repetitorluq edirlər: Rəsmi nəzarət olmalıdır? - VİDEO  |     13:12 Uşaqlar arasında allergiya yayılır: Səbəb qidalar ola bilər - VİDEO  |     13:05 Türkiyədən Azərbaycana geyim ixracı azalır: Onlayn alış-veriş artıq sərfəli deyil? - VİDEO  |     13:01 Bakıda çoxmərtəbəli binanın üzlük daşları qoparaq təhlükəli vəziyyət yaradır - VİDEO  |     12:55 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam etdirilir  |     12:33 Ağdamda bədbəxt hadisə: Fəhlənin sinəsinə armatur batdı  |     12:06 Doktorantura üzrə elektron sənəd qəbuluna başlanılıb  |     11:54 Tərtərdə qadın qətlə yetirilib, qayınatası şübhəli bilinir  |     11:34 15 yaşına çatmamış yeniyetməni işə cəlb edən şəxslər 4 min manat cərimə ediliblər  |     11:27 Paytaxtda 26 yaşlı gəncin qətlə yetirilməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ (VİDEO)  |     11:18 Azərbaycanda ötən il ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sayı açıqlanıb  |     23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |    

Bakıda 10 ildən artıq qul kimi işlədilən yaşlı qardaşların həyatı: “Taxta ilə döyürdülər…”

Yaşlı qardaşlar 10 ildən artıq donuz fermasında işlədiliblər. Onların təqaüdünə əl qoyub, ac saxlayıb və döyüblər. İndi onlardan biri psixi xəstəxanada müalicə alır, digəri isə məhkəmədə haqqını tələb edir.

Uzun illər Azərbaycanda iki yaşlı qardaşı istismar etməkdə və insan alverində təqsirləndiriləm Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baxılıb.

İş üzrə zərərçəkmiş şəxslərdən biri Aleksandr Kolesnikovdur. Digəri isə, onun qardaşı İqor Kolesnikovdur. Hər iki qardaşın 60-dan çox yaşı var.

Aleksandr Kolesnikov hazırda məhkəmə iclasında iştirak edə bilmir. Çünki o, Maştağadakı psixiatriya xəstəxanasında müalicə alır. Onun hüquqlarını Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elçin Quliyev müdafiə edir.

Bu gün baş tutan məhkəmə iclasında zərərçəkən qardaşlardan İqor Kolesnikov ifadə verib. O, insan alverinin qurbanlarının yerləşdirildiyi düşərgədə yaşayır.

Ayaq üstə dayanmaqda çətinlik çəkən İqor Kolesnikov məhkəmədəki ifadəsində 10 ildən artıq müddətdə Tofiq Abbasovun fermasında zorla işlədildiyini, dəfələrlə döyüldüyünü, ac saxlanıldığını söyləyib.

İ.Kolesnikovun sözlərinə görə, illərlə fermasında çalışdıqları Tofiq Rzayev heç vaxt onlara normal şərait yaratmayıb.

“Fermada qaraj var idi. İçərisi beton idi. Həmin qarajda yaşamışıq. Günlərlə yemək də yeməmişəm” – deyə zərərçəkmiş söyləyib.

Onun sözlərinə görə, qardaşı və özü təqaüd alsalar da, həmin pul heç vaxt onlara çatmayıb: “140 manatdan çox mən, 130 manatdan çox da qardaşım pensiya alırdı. Amma biz nə pul görmüşük, nə də kartları. Dəqiq bilirəm ki, aylıq pensiyalarmızı alıblar”.

İ.Kolesnikov onu da əlavə edib ki, təqsirləndirilən şəxslərlə uzaq qohumluq əlaqələri var.

Suallara cavab verən İ.Kolesnikov qardaşının və özünün təqsirləndirilən şəxslər tərəfindən bir neçə dəfə döyüldüyünü söyləyib. “Tofiq Rzayev və Vüqar Rzayev məni və qardaşımı dəfələrlə taxta ilə döyüblər”.

Ac saxlanılması ilə bağlı suala da cavab verən İ.Kolesnikov söyləyib ki, işlədiyi fermanın yaxınlığına gələn çobanlardan yemək alırmışlar: “Bizə yemək verirdilər. Amma elə vaxt olurdu ki, günlərlə ac qalırdım. Fermanın yaxınlığına gələn çobanlar bizə yemək verirdi”.

Qardaşının səhhəti ilə bağlı suallara cavab verən İ.Kolesnikov bildirib ki, onun müalicəsi hazırda davam edir.

İ.Kolesnikov məhkəmədə bildirib ki, təqsirləndirilən şəxslərdən şikayətçidir və onlardan işlədiyi müddət ərzində almalı olduğu əmək haqqını və təqaüdünü tələb edir.

“Pulumu, əməyimin qarşılığını tələb edirəm. Bundan sonra da bunlardan ayrılıb, çıxıb gedəcəm. Öz həyatımı yaşayacam. Başqa bir yerdə iş tapıb işləyərəm”.

Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayev onlara qarşı irəli sürülən ittihamla razılaşmırlar. Özlərinə təqsirli bilməyən şəxslər ötən məhkəmə iclasında prosesin qapalı keçirilməsini istəmişdilər. Amma məhkəmə onların vəsatətlərini əsassız hesab edərək, təmin etməmişdi.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayev 2000-ci ildən bəri zərərçəkmiş şəxslərə hədə-qorxu gələrək Xəzər rayonunda yerləşən donuz kökəltmə fermasında məcburi şəkildə işlədiblər. Daha sonra hər iki şəxs 2016-cı il aprel ayının 28-də Daxili İşlər Nazirliyinin İnsan Alveri qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onlar barəsində polis nəzarətində qətimkan tədbiri seçilib.

Tofiq Rzayev və qardaşı oğlu Vüqar Rzayevə Cinayət Məcəlləsinin 144-2-ci (insan alveri və istismarı, məcburi əmək) maddəsi ilə ittiham verilib.//Musavat.comскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            15 317 10.01.18 12:20