Siqaret aludəçilərinin və obyekt sahiblərinin narahatlığına son! » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:46 Küçədə döyülərək öldürülən məktəblinin - FOTOSU  |     16:33 Azərbaycanda oğurluğa görə cəza sərtləşdirilir  |     16:09 Qəfil vəfat edən hakim bir həftə əvvəl çek-ap olunubmuş  |     16:08 Şəxsi məlumatların ələ keçirilməsi üzrə şikayətlərə 24 saat ərzində baxılacaq  |     16:03 Leyla Əliyeva İtaliya səfərindən görüntülər paylaşdı - VİDEO  |     15:50 Beyləqanda 17 tüfəng polisə təhvil verilib  |     15:37 Azərbaycan Stolüstü Tennis Federasiyasının hakimi vəfat edib  |     14:02 Yaşar Güler ​​Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  |     13:56 Bakıda mozaikaların bərpası davam edir  |     13:33 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - GÖRÜNTÜLƏR YAYILDI (VİDEO)  |     13:30 Türkiyədə yoluxucu xəstəlik yayıldı: Karantin rejimi tətbiq edildi  |     13:29 "Apple" yeni "iPhone" modellərinin qiymətini artıracaq  |     13:13 Sertifikatsız müəllimlər repetitorluq edirlər: Rəsmi nəzarət olmalıdır? - VİDEO  |     13:12 Uşaqlar arasında allergiya yayılır: Səbəb qidalar ola bilər - VİDEO  |     13:05 Türkiyədən Azərbaycana geyim ixracı azalır: Onlayn alış-veriş artıq sərfəli deyil? - VİDEO  |     13:01 Bakıda çoxmərtəbəli binanın üzlük daşları qoparaq təhlükəli vəziyyət yaradır - VİDEO  |     12:55 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam etdirilir  |     12:33 Ağdamda bədbəxt hadisə: Fəhlənin sinəsinə armatur batdı  |     12:06 Doktorantura üzrə elektron sənəd qəbuluna başlanılıb  |     11:54 Tərtərdə qadın qətlə yetirilib, qayınatası şübhəli bilinir  |    

Siqaret aludəçilərinin və obyekt sahiblərinin narahatlığına son!

Millət vəkili: "İnzibati Xətalar Məcəlləsində istinad olunan qanunun hansı yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını tənzimləyən maddəsinin artıq hüquqi qüvvəsi yoxdur"

"İnzibati Xətalar Məcəlləsinin (İXM) 212.2. maddəsinə əsasən müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Nəzərə alınmalıdır ki, elə bu qanuna əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də bu mənada vəzifəli şəxs hesab olunurlar və barələrində dörd yüz manat cərimə tətbiq edilə bilər. Həmçinin qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə 30 manat cərimə müəyyən edilib".

Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov məlumat verib. Onun sözlərinə görə, müzakirələrə yol açan və çaşqınlıq yaradan incə hüquqi məqam odur ki, bu cərimələr "Tütün və tütün məmulatı haqqında" qanununa istinad edərək bu cərimələri tətbiq etməni müəyyən edir.

"Yeni qəbul edilmiş və bu qadağaları ətraflı müəyyən edən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun isə mövcud İXM-nin istinad etdiyi qanunda müvafiq maddələri (qadağan edilmiş yerləri) ləğv edir və bununla da müəyyən hüquqi boşluq yaradır. Belə ki, İXM-də istinad olunan qanunun hansı yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını tənzimləyən maddəsinin artıq hüquqi qüvvəsi yoxdur" — deputat bildirib.

"Mövcud vəziyyət hazırda yalnız İXM-yə əsasən qadağan edilmiş yerlərdə siqaret çəkilməsinə görə şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etmir. Həmçinin, İXM-nin 212. maddəsi sadəcə siqaret çəkməklə bağlı məsələni tənzimləyir, ancaq digər tütün məmulatları barədə hər hansı norma nəzərdə tutmur (məsələn, qəlyan)" — o, əlavə edib.

Millət vəkilinin sözlərinə görə, digər hallarda isə müəssisələr, idarə və təşkilatlar barəsində (ancaq siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə) isə məsuliyyət tədbirləri tətbiq edilə bilər: "Təbii ki, bu, qısa müddətli bir vəziyyətdir və qanunyaratma praktikasına əsasın, Milli Məclis yeni qanunun tələblərini digər qanunlara uyğunlaşdırmaq üçün yaz sessiyasında bu dəyişiklikləri nəzərdən keçirəcək və İXM-yə yeni qanuna istinad və müvafiq cərimələrin tətbiqi üçün hüquqi imkanları təmin edəcək"-deyə millət vəkili bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 744 09.01.18 18:20