Eldar İbrahimov: YAP ədalətli seçkilərin təminatçısı olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:32 Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var  |     16:23 Rusiya Azərbaycana nota verib  |     16:15 Azərbaycanla Şimali Makedoniya diplomatik və xidməti pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edir  |     15:59 Hacıqabulda batan 91 yaşlı kişinin meyiti tapıldı  |     15:53 Attestasiya imtahanından keçməyən bəzi müəllimlərə ikinci şans veriləcək  |     15:48 Bakıda bu ərazi yanır  |     15:47 DİN Bakıda narkotik tranziti və onlayn dələduzluqda şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki dəstəni saxlayıb (FOTO)  |     15:40 Dənizdən meyiti tapılan şəxs tələbə imiş...  |     15:39 Tiktoker Roşka ev dustaqlığına buraxılmadı  |     15:35 Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?  |     15:28 Türkiyədə zəlzələ oldu  |     15:24 Karantin rejiminin müddəti uzadıldı - Bu gündən  |     15:20 Xalq artistinə ağır itki  |     15:13 Məktəbli formalarını bu gündən daha ucuz qiymətə ala bilərsiniz  |     15:08 Növbəti həftə magistraturaya ixtisas seçimi başlayır  |     15:03 Rusiyanın dörd hava limanı fəaliyyətini dayandırıb  |     14:56 Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb  |     14:50 Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq  |     14:42 Hindistanda kimyəvi zavodda partlayış baş verib, 30-dan çox ölən var  |     14:37 Bakı Metropolitenində reklam lövhələri narazılığa səbəb oldu - FOTO  |    

Eldar İbrahimov: YAP ədalətli seçkilərin təminatçısı olacaq

Yeni Azərbaycan Partiyası hər zaman seçkilərə hazırdır.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin və Siyasi Şurasının üzvü, parlamentin komitə sədri Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, YAP bəzi partiyalar kimi, sadəcə, seçkilərdən seçkilərə hazırlaşmır, bu, daimi bir prosesdir.

“Hakim partiya daim seçkilərə hazır vəziyyətdədir. Seçki - istər prezident, istər parlament, istərsə prezident seçkiləri olsun - başa çatdı, səhərisi gün YAP seçkiyə hazırlıqlara başlayır. Biz bəzi özlərindən razı, amma cəmiyyətdə sosial dayaqları, nüfuzları olmayan partiyalar kimi, oturub seçkilərə rəsmən strart veriləcəyi günü gözləmirik, seçki hazırlıqları hər zaman diqqətimizdə və gündəmimizdədir. Ona görə də hər an istənilən seçkilərə hazır vəziyyətdəyik.

Qarşıdan növbəti prezident seçkiləri gəlir. Partiyamızın rəhbər şəxslərinin, o cümlədən, YAP sədrinin müavini və icra katibi Əli Əhmədovun bugünlərdə vurğuladığı kimi, Azərbaycan dövləti, YAP iqtidarı ölkədə azad, ədalətli seçkilərin keçirilməsində maraqlıdır və hər zaman olduğu kimi, bu dəfə də bu prosesin şəffaf aparılması üçün hər cür bərabər imkanlar, şərait yaradılıb. Zamanı gələndə bu istiqamətdə gərəkən nə varsa, hamısı icra olunacaq, təmin ediləcək. Çünki biz başqalarının diktəsi ilə hərəkər etmirik, oturub-durmuruq. Biz müstəqil siyasət yeridirik.

Demokratiya, demokratik seçkilər də bizim öz könüllü seçimimizdir. Odur ki, Azərbaycanda 2018-ci ilin payızında keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı kimsənin iradı ola bilməz. Azərbaycan dövləti, YAP, İlham Əliyev hakimiyyəti hər zaman olduğu kimi, builki seçkilərin də demokratik və azad keçirilməsi üçün hər cür imkan və şərait yaradacaq, yəni, demokratik, azad, ədalətli seçkilərin təminatçısı olacaq. Buna kimsənin şübhəsi ola bilməz. 2018-ci il prezident seçkiləri də Azərbaycanın demokratiya yolunda irəli doğru daha biri addım olacaq”, – deyə YAP rəsmisi bəyan edib./oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 692 08.01.18 11:45