Mojo.az Banner
22:01 Vüqar Əhməd Elmlər Akademiyasına üzv seçildi  |     21:53 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     21:51 Bakıda iki avtomobil toqquşdu, biri yanacaqdoldurma məntəqəsinə çırpıldı - Tıxac yarandı  |     21:32 Türkiyəli müğənni Güllünün ölümündən sonra mirası bəlli oldu  |     21:23 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:15 Camış ətini dana əti adı ilə təqdim edən restoran bu iş adamınındır  |     21:09 Zelenski Ukraynaya təzminat kreditini müzakirə etmək üçün Aİ sammitində iştirak edəcək  |     21:07 Ağstafada üç uşağını döydüyü iddia edilən ata saxlanılıb - YENİLƏNİB  |     21:00 Şuşada 30 milyon manata yaşayış binaları tikiləcək  |     20:53 "Avroviziya-2026"da tamaşaçılar üçün qaydalar dəyişdiriləcək  |     20:28 Gəncədə məktəbli qayçı ilə ehtiyatsız davrandı, dördüncü sinif şagirdi gözündən xəsarət aldı  |     20:22 Gürcüstan vətəndaşlarının xaricdə səs vermələri qadağan edildi  |     20:12 Putin cizgi filminin qəhrəmanı oldu  |     20:01 Eyni cinayəti dəfələrlə törətmiş şəxsə ağır cəza verildi  |     19:36 Naxçıvanda bir sıra qurumlar birləşdi  |     19:14 Azər Qasımlı Qurbanəli Yusifovu övladları ilə hədələyib? - Məhkəmə istintaqı yekunlaşır  |     18:52 Türkiyədən Azərbaycana nə qədər pul köçürülüb?  |     18:45 Azərbaycanda bir qrup şəxsə avtomobillər VERİLƏCƏK  |     18:38 Sabiq deputat Ramiz Mehdiyev barədə: "Siz kimə və nəyə güvənmisiniz?"  |     18:30 AQTA şadlıq sarayında yoxlama keçirdi: İstehlakçıların aldadıldığı müəyyən edildi  |    
Left Banner
Right Banner

Maştağada 450 manata görə amansız qətl törədənə AĞIR CƏZA - Video

07.11.2025 14:43 261
Maştağada 450 manata görə amansız qətl törədənə AĞIR CƏZA - Video
Bakıda mənzilə basqın edərək 75 yaşlı qadına qarşı quldurluq etməklə onu qətlə yetirməkdə təqsirləndirilən Süleyman Cəbiyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkənin yaxınlarının ifadəsindən sonra istintaq sənədləri tədqiq olunub.

Daha sonra prokuror çıxışı zamanı təqsirləndirilənin 20 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Müşavirədən sonra hökm elan olunaraq Süleyman Cəbiyev qəti olaraq 19 il azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə 2025-ilin mayın 28-də Sabunçu rayonunun Maştaga qəsəbəsindəki Albalılıq yaşayış massivində baş verib. Süleyman Cəbiyev 1950-ci il təvəllüdlü Jalə Əskərxanovanın yaşadığı evin həyətyanı sahəsinə keçərək yataq otağına daxil olduqdan sonra o, ev sahibəsinin boynuna bıçaqla ardıcıl zərbələr yetirib. 75 yaslı qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Daha sonra o qadının mənzilindəki 450 manatı götürərək hadisə yerini tərk edib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 120.2.11 və 101.3.3-cü maddələri üzrə cinayət işi açılaraq ittiham irəli sürülüb.
//oxu.azскачать dle 11.3