Mojo.az Banner
23:00 Orta qapıdan sərnişin mindirən avtobus sürücüləri cərimə olunur?  |     22:53 Bu sürücülər 50 manat cərimələnəcək  |     22:45 Gənc alimin ehtiyatsızlığına görə dünya ən qədim ağacını itirdi - 5 min yaşı var idi  |     22:40 Rusiya 15 Ukrayna vətəndaşını vətəninə qaytarıb  |     22:32 Alkoqol niyə xərçəngə səbəb olur?  |     22:27 Balakəndə qəzada yaralanan daha bir nəfər öldü  |     22:20 Bu ölkədə yeniyetmələrin sosial mediadan istifadəsi qadağan olunacaq  |     22:15 "Qarabağ"ın qış hazırlıq planı açıqlandı  |     22:06 Azərbaycanda uşaqlar arasında yayılan virus nədir?  |     22:01 AFFA 14 turda klubları 193 min cərimə edib - Pullar hara gedir?  |     21:53 Avtomobili ilə "Liverpul" azarkeşlərinə hücum edən şəxs 21 il həbs cəzası alıb  |     21:48 Azərbaycanda çay istehsalı azalıb  |     21:41 "Ford" maliyyə itkiləri və Trampın siyasətinə görə elektrik avtomobillərdən imtina edir  |     21:37 Banka kreit borcu olanlar üçün VACİB XƏBƏR  |     21:21 Putinin Türkiyəyə səfəri gözlənilir  |     21:19 "Babək qalası" adlandırılan QƏDİM TİKİLİDƏ arxeoloji qazıntı işləri aparılacaq? (Video)  |     21:10 ÜST: "Honkonq qripi" sürətlə yayılır"  |     21:05 Ermənistanda hərbi xidmətin müddəti azaldıldı  |     20:58 Vardanyanın məhkəmə istintaqı yekunlaşdı  |     20:43 Naxçıvanda son 1 ayda 85 nəfər məsuliyyətə cəlb edilib  |    
Left Banner
Right Banner

Kiberpolis onlayn yolla zərərli kompüter proqramları satan hakeri ifşa etdi - Video

31.10.2025 12:56 405
Kiberpolis onlayn yolla zərərli kompüter proqramları satan hakeri ifşa etdi - Video
Virtual məkanda mövcud olan təhdidlərin qarşısının alınması, informasiya texnologiyaları mühitində vətəndaşların təhlükəsizliyinin etibarlı şəkildə təmini məqsədi ilə kiberpolis tərəfindən qabaqlayıcı tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər zamanı Dnv-rat.info domeni adı altında fəaliyyət göstərən saytda naməlum şəxsin kompüter sistemlərinə zərərli kibermüdaxilə proqramlarının satışının həyata keçirildiyi müəyyən edilib.

Tədbirlərin davamı olaraq saytın Sumqayıt şəhər sakini Fərid Cəfərli tərəfindən yaradılaraq idarə edildiyi müəyyən olunub və o, saxlanılaraq Baş İdarəyə gətirilib.

Araşdırma zamanı F.Cəfərlinin qeyd edilən saytda kompüter avadanlıqları ilə yanaşı, mobil telefon zənglərinin şaxtalaşdırılması, istənilən nömrədən hədəf nömrəyə zənglərin edilməsi, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş təhlükəsizlik şifrəsinin (OTP) qarşı tərəfə göndərilməsi funksiyalarına malik və kibercinayətlərin törədilməsində istifadə olunan digər zərərli proqramların satışını da həyata keçirdiyi müəyyən edilib.

Qeyd edilib ki, saxlanılan şəxs həmin proqramların satışını kriptovalyuta qarşılığında həyata keçirib. O, proqramları almaq istəyən şəxslərdən bunun müqabilində müxtəlif məbləğlərdə USDT kriptovalyutasını istifadəsində olan virtual hesaba köçürülməsini tələb edib.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin - kompüter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən cinayətlərin törədilməsi məqsədi ilə satışı, yayılması və ya onların əldə edilməsinə şərait yaradılması maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.скачать dle 11.3