Mojo.az Banner
23:04 Sürücülərin 80 faizinin vəsiqəsi məhdudlaşdırıla bilər - Ekspert  |     22:59 Pomidorun qabığını sadə üsulla soymaq - Qaynar suya ehtiyac yoxdur  |     22:51 Partlayışda xəsarət alan həkim öldü  |     22:49 Saat 10:00-da işıq kəsiləcək - Bu ərazilərdə  |     22:37 Qazaxıstan Rusiyadan enerji asılılığını dayandırır  |     22:34 Cəlilabadda gənc müəllim vəfat etdi  |     22:05 CV-lər işəgötürənlər üçün dəyərini itirib: səbəb nədir?  |     22:00 Musa Qurbanlı üçün mövsüm bitdi  |     21:53 WhatsApp-da yeni̇li̇k - Avatarlar ləğv ediləcək  |     21:51 “Navai” Moskvada qəzaya düşdü  |     21:27 Anası o uşaqdan imtina etdi  |     21:16 Bu şəxslərin maaşı 35 faiz artıb  |     20:51 Bu küçədə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     20:46 Fars körfəzi bölgəsində 25 gəmi hücuma məruz qalıb  |     20:40 Məxfurə Hüseynovanın meyiti tapıldı  |     20:32 Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ  |     20:14 Cəlilabadda gənc müəllim dünyasını dəyişdi  |     20:07 Övladı yeni hərbi xidmətə getmişdi... - Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu  |     19:57 Dumana görə yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ  |     19:56 CNN-dən sensasion iddia: İsrail və ABŞ yeni əməliyyata hazırlaşır  |    
Left Banner
Right Banner

Naxçıvanda son 1 ayda 85 nəfər məsuliyyətə cəlb edilib

16.12.2025 20:43 429
Naxçıvanda son 1 ayda 85 nəfər məsuliyyətə cəlb edilib
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən son 1 ay ərzində muxtar respublikanın ayrı-ayrı şəhər, rayon və qəsəbələrində vətəndaş məmnunluğunun təmin edilməsi, cinayətkarlığın qarşının alınması və baş vermiş digər hüquqazidd əməllər törədən şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində silsilə əməliyyatlar keçirilib.

Keçirilən tədbirlər nəticəsində ümumilikdə 85 nəfər məsuliyyətə cəlb edilib.

Narkotiklərin qanunsuz dövriyyəsini və satışını təşkil edən, xüsusi qulluqla çətənə kolları yetişdirən 9 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb.

Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına , əldə edilməsinə, saxlanmasına, daşınmasına görə isə 34 nəfər məsuliyyətə cəlb edilib.

Avtomobillərdən silsilə oğurluqlar edən, avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayan, həmçinin mənzillərdən, ticarət obyektlərindən, əkin sahələrindən eləcə də digər məkanlardan pul, qızıl-zinət əşyaları, spirtli içkilər, məişət əşyaları, tikinti materialları oğurlayan 18 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək, işə düzəltmək vədi ilə pullarını mənimsəyən 3 nəfər saxlanılıb.

Həmçinin narkotik vasitənin təsiri altında avtomobil idarə edən, avtomobil qaçıran 2 şəxs polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə saxlanılıb.

11 qanunsuz ağac kəsmə faktı müəyyən olunaraq 1 faktla bağlı cinayət işi başlanmış, digər faktlarla bağlı toplanmış materiallar müvafiq qaydada inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti üzrə göndərilmişdir.

Qeyd edilən dövr ərzində polis əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan 10 odlu silah, 2 qaz tapançası, 3 avtomat darağı, 578 patron, 1 əl qumbarası, 1 top mərmisi və 1 ədəd süngü bıçağı aşkarlanaraq götürülüb.

Keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində isə mülki hüquqi öhdəliklərin icrasından yayındıqlarına görə, eləcə də cinayət məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 158 nəfər saxlanılıb.

“102” Xidməti-Zəng Mərkəzi vasitəsi ilə vətəndaşlardan daxil olan 2 minə yaxın müraciətə opetariv reaksiya göstərilib.скачать dle 11.3
Mojo.az Banner