Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıya külli miqdarda narkotik gətirmək istəyən İran vətəndaşı saxlanılıb - VİDEO

18.10.2023 12:25 1 950
Bakıya külli miqdarda narkotik gətirmək istəyən İran vətəndaşı saxlanılıb - VİDEO
Bakı şəhərinə külli miqdarda narkotik və psixotrop maddə gətirmək istəyən İran vətəndaşı saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən İran vətəndaşı Lavi Sefidgari Mohammad Ələt-Astara avtomobil yolunun Xırmandalı kəndi ərazisindən keçən hissəsində saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 4 kiloqram narkotik vasitə tiryək və 1 kiloqram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən həmin narkotik vasitəni satışının təşkil olunmasından ötrü paytaxt ərazisinə gətirmək tapşırığını alıb.

Şöbə əməkdaşlarının Biləsuvar rayonu ərazisində keçirdikləri digər əməliyyat nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha bir nəfər Gəncə şəhər sakini İsmayıl Quliyev saxlanılıb. Ondan ümumilikdə 6 kiloqram, o cümlədə 4 kiloqram heroin və 2 kiloqrama yaxın metamfetamin aşkarlanıb.

Biləsuvar RPŞ əməkdaşları tərəfindən son bir ay ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 17 nəfər saxlanılaraq istintaqa cəlb olunub. Rayon ərazisində cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı ümumilikdə 105 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində ayrı-ayrı rayon sakinindən 21 ədəd müvafiq sənədləri olmayan odlu silah aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner