23:02 "Qarabağ" "Turan Tovuz"u məğlub etdi  |     22:55 Gələn il təhsilə ayrılacaq vəsait məlum oldu  |     22:49 Müharibəyə və terrorçuluğa çağırışları tədqiq olundu - MƏHKƏMƏ  |     22:43 Bu avtomobillərin taksi kimi istifadəsi mümkün olmayacaq - AYNA  |     22:38 Miqrantların olduğu qayıq qəzaya uğradı, ölənlər var  |     22:31 “Sədərək” Ticarət Mərkəzindən Ramiz Mehdiyevlə bağlı iddialara cavab  |     22:25 Aeroportdan taksi şirkətləri ilə daşınan sərnişinlərin SAYI AÇIQLANIB  |     22:16 Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək  |     22:11 Alış-verişdə qərarı reklam, keyfiyyət, yoxsa qiymət formalaşdırır?  |     22:04 Dünyada ən çox gəlir gətirən makyaj məhsulları  |     21:50 Putin Macarıstana getsə, həbs olunacaq? - Açıqlama  |     21:44 Məşhur Məmmədovun "Embafinans"ı borc içində: Rəhbərinə "stop" qoyulub  |     21:36 Azərbaycanda yeni institutlar yaradıla bilər  |     21:28 Builki yay turizm mövsümü nə ilə yadda qaldı? - Turizm eksperti  |     21:23 Azərbaycana 9 ayda 267 milyon qazandıran məhsul - RƏQƏMLƏR  |     21:17 Generalın anası vəfat etdi  |     21:09 Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyuldu  |     21:03 Estoniya XİN başçısının Azərbaycana səfər edəcəyi tarix məlum olub  |     20:58 DİN 9 ayda 4 tondan çox narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb  |     20:50 AQTA bal yarmarkasında yoxlama keçirib, uyğunsuzluqlar aşkarlanıb  |    

Daha bir ərazidə yeni yerüstü piyada keçidi inşa edilir

Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidinin inşası davam etdirilir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Yeni keçid Pirşağı–Xırdalan–Novxanı–M4 avtomobil yolu layihəsi çərçivəsində, yolun 19.5-ci kilometrliyində tikilir.

Keçid iki giriş-çıxışdan ibarət olub, ümumi uzunluğu 59.8 metr, aşırım hissəsinin eni 4 metr, pilləkənlərin isə eni 2 metr olacaq. Yol səviyyəsindən 5.5 metr hündürlükdə yerləşən keçid üstüaçıq dəmir-beton konstruksiya şəklində inşa edilir. Əlavə olaraq, 2 metr enində oval tipli piyada pandusları da quraşdırılacaq ki, bu da keçidin əlçatanlığını artıracaq. Hazırda keçidin dayaqlarının tikintisi davam edir. Yeni keçid, inşa olunduğu ərazidə piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            186 02.10.25 14:54