23:02 "Qarabağ" "Turan Tovuz"u məğlub etdi  |     22:55 Gələn il təhsilə ayrılacaq vəsait məlum oldu  |     22:49 Müharibəyə və terrorçuluğa çağırışları tədqiq olundu - MƏHKƏMƏ  |     22:43 Bu avtomobillərin taksi kimi istifadəsi mümkün olmayacaq - AYNA  |     22:38 Miqrantların olduğu qayıq qəzaya uğradı, ölənlər var  |     22:31 “Sədərək” Ticarət Mərkəzindən Ramiz Mehdiyevlə bağlı iddialara cavab  |     22:25 Aeroportdan taksi şirkətləri ilə daşınan sərnişinlərin SAYI AÇIQLANIB  |     22:16 Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək  |     22:11 Alış-verişdə qərarı reklam, keyfiyyət, yoxsa qiymət formalaşdırır?  |     22:04 Dünyada ən çox gəlir gətirən makyaj məhsulları  |     21:50 Putin Macarıstana getsə, həbs olunacaq? - Açıqlama  |     21:44 Məşhur Məmmədovun "Embafinans"ı borc içində: Rəhbərinə "stop" qoyulub  |     21:36 Azərbaycanda yeni institutlar yaradıla bilər  |     21:28 Builki yay turizm mövsümü nə ilə yadda qaldı? - Turizm eksperti  |     21:23 Azərbaycana 9 ayda 267 milyon qazandıran məhsul - RƏQƏMLƏR  |     21:17 Generalın anası vəfat etdi  |     21:09 Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyuldu  |     21:03 Estoniya XİN başçısının Azərbaycana səfər edəcəyi tarix məlum olub  |     20:58 DİN 9 ayda 4 tondan çox narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb  |     20:50 AQTA bal yarmarkasında yoxlama keçirib, uyğunsuzluqlar aşkarlanıb  |    

İrandan Azərbaycana dərman və tütün qaçaqmalçılığına şərait yaradan vəzifəli şəxslər TUTULDULAR

Dərman vasitələri və tütün məmulatlarını qaçaqmalçılıq yolu ilə ölkəyə gətirmiş şəxslər və onlara şərait yaradan vəzifəli şəxslər ifşa ediliblər.

Bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin birgə məlumatı yayıb.

Bildirilib ki, qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin əməkdaşları və digər şəxslərin qanunsuz əməlləri ilə bağlı həmin qurumda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

İstintaqla Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin 1-ci şöbəsinin inspektoru Vüsal Hüseynov və həmin şöbəyə təhkim olunmuş "Azərterminalkompleks" Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Etibar Hatəmli və İran İslam Respublikasının vətəndaşı Jafar Rezeyan ilə qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə aralarındakı razılaşmaya uyğun sonuncunun İİR-də əldə etdiyi ümumilikdə 400 min manat dəyərində dövlət qeydiyyatından keçməyən, o cümlədən tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərman vasitələrini və aksiz markasız tütün məmulatlarını gömrük nəzarətindən kənar keçirib Azərbaycan Respublikası ərazisində aidiyyəti şəxslərə təhvil verilməsini təmin etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Vüsal Hüseynov, Asif Hacımuradov, Jafar Rezeyan və Etibar Hatəmliyə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə), 234.4.1, 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.2 (külli miqdarda güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Vüsal Hüseynov, Asif Hacımuradov və Etibar Hatəmli barəsində məhkəmənin qərarı ilə həbs, Jafar Rezeyan barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            183 02.10.25 12:39