23:02 "Qarabağ" "Turan Tovuz"u məğlub etdi  |     22:55 Gələn il təhsilə ayrılacaq vəsait məlum oldu  |     22:49 Müharibəyə və terrorçuluğa çağırışları tədqiq olundu - MƏHKƏMƏ  |     22:43 Bu avtomobillərin taksi kimi istifadəsi mümkün olmayacaq - AYNA  |     22:38 Miqrantların olduğu qayıq qəzaya uğradı, ölənlər var  |     22:31 “Sədərək” Ticarət Mərkəzindən Ramiz Mehdiyevlə bağlı iddialara cavab  |     22:25 Aeroportdan taksi şirkətləri ilə daşınan sərnişinlərin SAYI AÇIQLANIB  |     22:16 Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək  |     22:11 Alış-verişdə qərarı reklam, keyfiyyət, yoxsa qiymət formalaşdırır?  |     22:04 Dünyada ən çox gəlir gətirən makyaj məhsulları  |     21:50 Putin Macarıstana getsə, həbs olunacaq? - Açıqlama  |     21:44 Məşhur Məmmədovun "Embafinans"ı borc içində: Rəhbərinə "stop" qoyulub  |     21:36 Azərbaycanda yeni institutlar yaradıla bilər  |     21:28 Builki yay turizm mövsümü nə ilə yadda qaldı? - Turizm eksperti  |     21:23 Azərbaycana 9 ayda 267 milyon qazandıran məhsul - RƏQƏMLƏR  |     21:17 Generalın anası vəfat etdi  |     21:09 Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyuldu  |     21:03 Estoniya XİN başçısının Azərbaycana səfər edəcəyi tarix məlum olub  |     20:58 DİN 9 ayda 4 tondan çox narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb  |     20:50 AQTA bal yarmarkasında yoxlama keçirib, uyğunsuzluqlar aşkarlanıb  |    

Kiyev məhkəməsi "Oleq Bakinski"nin Ukraynada yaşamaq icazəsini bərpa etdi

Kiyev Dairə İnzibati Məhkəməsi Azərbaycandan olan 65 yaşlı iş adamı, Kiyev Azərbaycanlıları Konqresinin təsisçisi və rəhbəri, "Oleq Bakinski" ləqəbi ilə tanınan Oleq Krapivin barəsində əvvəl qəbul olunmuş qərarları qanunsuz sayaraq, onun Ukraynada yaşamaq icazəsinin ləğvini qüvvədən salıb. Məhkəmə hökumət qurumlarını icazəni bərpa etməyə məcbur edib.

Median.Az
bu barədə anticor.ua-ya istinadla xəbər verir.

Məhkəmə materiallarına görə, iş yenidən araşdırılıb və üç ildən artıq davam edən çəkişmədə "Oleq Bakinski"nin mövqeyi nəzərə alınıb.

Hadisənin əsası 11 iyul 2022-ci il tarixli təqdimata dayanır. Həmin vaxt Kiyev Milli Polisinin Strateji İstintaqlar İdarəsi Krapivini "Ukraynada azərbaycanlı kriminal aləmin liderlərindən biri" kimi təqdim etmiş, onu cinayətkar qrupların fəaliyyətini təşkil etməkdə və maliyyələşdirməkdə ittiham etmişdi. Bu təqdimatın ardından 26 iyul 2022-ci ildə Kiyev Miqrasiya Xidməti onun yaşamaq icazəsini ləğv etmiş və Ukraynaya girişinə qadağa qoymuşdu.

Qeyd edək ki, həmin qərarlar qəbul ediləndə Oleq Krapivin artıq ölkədən kənarda idi - o, 30 mart 2022-ci ildə Ukraynadan çıxmışdı.

Xatırladaq ki, "Oleq Bakinski" ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıqda ittiham olunaraq saxlanılmışdı. Ona qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və silah və ya silah qismində istifadə olunan əşya ilə xuliqanlıq maddələri üzrə ittiham irəli sürülmüşdü. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Krapivin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq, cəza şərti hesab olunub və altı aylıq sınaq müddəti müəyyən edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            177 02.10.25 11:38