Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:58 Prezident: "Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" | 15:57 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib | 15:54 DTX: "Azərbaycanda dövlət saytları kiberhücumlara məruz qalıb" | 15:10 Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb | 15:05 “Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu - Pişiyə görə | 14:48 Gürcüstan DTX-nin rəisi Bakıya gəldi | 14:37 Simonyan Azərbaycana gələcək | 13:54 Azərbaycanda zəlzələ oldu | 13:45 Sabirabadda kişi bıçaqlandı: Gəlini saxlanıldı | 13:32 Kartla ödənişlərdə daha çox pul xərcləyirik – AÇIQLAMA | 13:24 Bakıda ilk: Avtobuslar üçün ayrıca işıqforlar quraşdırılacaq | 13:22 Azərbaycan nefti ucuzlaşıb | 13:21 Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs cərimələndi | 13:20 Təhsilə xərclənən milyardlar - Rəsmi rəqəmlər açıqlandı | 13:07 Gürcüstanda keçmiş arvadını öldürtmək üçün killer tutan azərbaycanlı siyasətçi həbs edildi | 13:02 Rəsmi Bakıdan Fransaya etiraz: "Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinin" | 12:50 Gülarənin qətli əvvəlcədən planlaşdırılmışdı? - VİDEO | 12:28 Şahzadə Harri Rusiyaya qarşı döyüşməyə hazır olduğunu bəyan etdi | 12:14 Təbrizdə silahlı insident: Azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildilər | 12:11 Sənədsiz evlərin sahiblərini hansı problemlər gözləyir? – AÇIQLAMA |
Mojo.az Avto
Mojo.az Avto

“Prosedurdan sonra mənə dedilər ki, o həkim yox, bərbərdir” - FOTO

02.05.2025 17:45 2 649
“Prosedurdan sonra mənə dedilər ki, o həkim yox, bərbərdir” - FOTO
Bakıda qadın etdiyi estetik prosedurdan sonra üzünün pis vəziyyətə düşdüyünü deyir.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. “Qafqazinfo” həmin qadını taparaq problemi ilə maraqlanıb.

Çimnaz Nəhmədova saytımıza açıqlamasında bildirib ki, prosedur üçün “SG Estetik Mərkəzi”nin kosmetoloqu Əmrah Mehdiyevə “MayoMed” klinikasında müraciət edib. Qadının sözlərinə görə, adıçəkilən həkimin yanlış müalicəsi və uğursuz proseduru səhhətinə ziyan vurub: “Əslində, o həkimi 3 ildir, izləyirdim. Əl işlərini bəyənirdim, öz instaqram hesabında tək diqqətimi çəkən şərh bölməsini bağlı saxlaması olub. Ancaq aprelin 30-u dərialtı çapıqların təmizlənməsi prosedurunu etdirmək üçün yanına getdim. Ona ağrıya qarşı çox həssas olduğumu dedim. Ancaq həkim heç bir ağrının olmayacağını bildirərək prosesə başladı. Lakin mənim həmin anda vəziyyətim pisləşdi, prosedur yarımçıq qaldı. Bu prosesi etdikdən sonra tanışlarım dedi ki, o həkim yox, bərbərdir”.

Şikayətçi, həmçinin qeyd edib ki, bu proses üçün həkimə ümumilikdə 1045 manat ödəniş edib: “Mənə əvvəl məbləği aşağı demişdi. Sonra dəyişdi, nəticədə 1045 manat ödəniş elədim. Hətta ödənişin kartına göndərilməsini istəyərək terminalın işləmədiyini bildirdi. Ödənişə dair qəbzlər məndə mövcuddur. Hazırda üzüm iltihablı və şişkindir, yaşayacağım belə bəlli deyil. Mən üzümü əvvəlki vəziyyətinə qaytarmaq üçün ödənişi geri tələb edirəm. Başqa insanlar da görməlidir ki, onların başına da bu hal gəlməsin”.

Fotoda: Əmrah Mehdiyev

İddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Əmrah Mehdiyevlə əlaqə saxladıq. Kosmetoloq saytımıza açıqlamasında iddiaları təkzib edib: “Biz bu məsələni hüquqi müstəvidə həll edəcəyik. Həmin xanım klinikamızda iki dəfə olub. İlk dəfə gəldikdə biz onu uzaqlaşdırmışdıq. İkinci dəfə gəldi, indi də belə problemlə üzləşirik. Dedikləri əsassızdır və bu, sadəcə şər-böhtandır. Müalicənin isə dərhal effekt verməsi təbii ki, qeyri-mümkündür.

Otaqda kamera var. Onun dediklərini sübut kimi təqdim edə bilərik. Prosedura başlamazdan əvvəl ağrıya həssas olduğu üçün bütün tibbi hazırlığı gördük. Bərbər işləmək məsələsinə gəldikdə isə həmin peşə sahiblərinə hörmət edirəm. Ancaq mənim öz sənətim var, bu iddialarda heç bir əsas yoxdur”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, istənilən həkimdən şikayət edilməsi mexanizmi üçün şikayətçinin rəsmi müraciəti daxil olmalıdır: “Şikayətçi həmin klinika (həkimlə) ilə münasibətləri təsdiqedici sənədlərlə birgə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə müraciət edərək göndərməlidir. Yalnız bu halda işçi qrupu tərəfindən araşdırma aparılır və ehtiyac yarandıqda plandankənar yoxlama açılır”.

Son xəbərlər