Avropada casusluq qalmaqalı: 500-dən çox "həssas sənəd" Çinə göndərilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:53 Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb  |     16:52 Magistratura imtahanının nəticələri açıqlandı  |     16:46 Küçədə döyülərək öldürülən məktəblinin - FOTOSU  |     16:33 Azərbaycanda oğurluğa görə cəza sərtləşdirilir  |     16:09 Qəfil vəfat edən hakim bir həftə əvvəl çek-ap olunubmuş  |     16:08 Şəxsi məlumatların ələ keçirilməsi üzrə şikayətlərə 24 saat ərzində baxılacaq  |     16:03 Leyla Əliyeva İtaliya səfərindən görüntülər paylaşdı - VİDEO  |     15:50 Beyləqanda 17 tüfəng polisə təhvil verilib  |     15:37 Azərbaycan Stolüstü Tennis Federasiyasının hakimi vəfat edib  |     14:02 Yaşar Güler ​​Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  |     13:56 Bakıda mozaikaların bərpası davam edir  |     13:33 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - GÖRÜNTÜLƏR YAYILDI (VİDEO)  |     13:30 Türkiyədə yoluxucu xəstəlik yayıldı: Karantin rejimi tətbiq edildi  |     13:29 "Apple" yeni "iPhone" modellərinin qiymətini artıracaq  |     13:13 Sertifikatsız müəllimlər repetitorluq edirlər: Rəsmi nəzarət olmalıdır? - VİDEO  |     13:12 Uşaqlar arasında allergiya yayılır: Səbəb qidalar ola bilər - VİDEO  |     13:05 Türkiyədən Azərbaycana geyim ixracı azalır: Onlayn alış-veriş artıq sərfəli deyil? - VİDEO  |     13:01 Bakıda çoxmərtəbəli binanın üzlük daşları qoparaq təhlükəli vəziyyət yaradır - VİDEO  |     12:55 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam etdirilir  |     12:33 Ağdamda bədbəxt hadisə: Fəhlənin sinəsinə armatur batdı  |    

Avropada casusluq qalmaqalı: 500-dən çox "həssas sənəd" Çinə göndərilib

Avropa Parlamenti və Almaniya, Çinə yönəlik böyük casusluq qalmaqalı ilə sarsılıb.

Qaynarinfo xəbər verir ki, ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) Avropa Parlamentindəki deputatı Maksimilian Krahın keçmiş köməkçisi Jian Qo Çin üçün casusluq etməkdə ittiham olunur. Prokurorların iddiasına görə, Çin əsilli Almaniya vətəndaşı Qo 2019-2024-cü illər arasında 500-dən çox "son dərəcə həssas" sənədi Pekinə ötürüb.

Alman prokurorluğu bildirir ki, sənədlər Avropa Parlamentində keçirilmiş müzakirələr, qəbul edilmiş qərarlar və təhlükəsizliklə bağlı məxfi məlumatları əhatə edir. Qonun yalnız Avropa səviyyəsində deyil, həm də Almaniyadakı müxalif Çin vətəndaşlarını izlədiyi və AfD partiyası ilə bağlı məlumatlar topladığı iddia edilir.

Jian Qonun 2002-ci ildən etibarən Çin kəşfiyyatı üçün fəaliyyət göstərdiyi və 2024-cü ildə həbs edildiyi, hal-hazırda isə nəzarətdə saxlanıldığı qeyd olunur. Skandalın mərkəzində olan deputat Maksimilian Krah isə məsələ ilə hər hansı bir əlaqəsinin olmadığını bəyan edib.

İddianamədə yalnız Jian Qo deyil, eyni zamanda Yaqi X. adlı başqa bir Çin vətəndaşı da casusluqda ittiham olunur. Logistika şirkətində çalışan Yaqi X.-in, Qoya Leypsiq hava limanında həyata keçirilən hərbi daşımalar, uçuş cədvəlləri, yük və sərnişinlərlə bağlı məlumatlar ötürdüyü bildirilir. Bu məlumatlar arasında Alman silah şirkətləri ilə əlaqədə olan şəxslərə dair həssas məlumatlar da yer alıb. ABŞ-dan İsrailə yönəlmiş hərbi sevkiyatlara dair məlumatların da ötürüldüyü qeyd olunub. Yaqi X. 2024-cü ilin sentyabrında saxlanılıb.

Prokurorlar hər iki şəxsin sistemli şəkildə Avropa İttifaqı və Almaniyaya aid təhlükəsizlik məlumatlarını Çinə ötürdüyünü vurğulayıb.

Çin Xarici İşlər Nazirliyi yayılan məlumatlara sərt reaksiya verərək, bunu "Çin əleyhinə qaralama kampaniyası" adlandırıb və iddiaların şişirdildiyini bildirib. Almaniyadakı Çin səfirliyi isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Bu casusluq qalmaqalı, Çin və Avropa İttifaqı arasında münasibətlərin yumşaldılması səylərinin aparıldığı bir vaxtda ortaya çıxaraq tərəflər arasında yeni gərginlik yarada bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            177 30.04.25 19:22