Bazarda satılan tərəvəz zərərlidir? (AÇIQLAMA) » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:02 Yaşar Güler ​​Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  |     13:56 Bakıda mozaikaların bərpası davam edir  |     13:33 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - GÖRÜNTÜLƏR YAYILDI (VİDEO)  |     13:30 Türkiyədə yoluxucu xəstəlik yayıldı: Karantin rejimi tətbiq edildi  |     13:29 "Apple" yeni "iPhone" modellərinin qiymətini artıracaq  |     13:13 Sertifikatsız müəllimlər repetitorluq edirlər: Rəsmi nəzarət olmalıdır? - VİDEO  |     13:12 Uşaqlar arasında allergiya yayılır: Səbəb qidalar ola bilər - VİDEO  |     13:05 Türkiyədən Azərbaycana geyim ixracı azalır: Onlayn alış-veriş artıq sərfəli deyil? - VİDEO  |     13:01 Bakıda çoxmərtəbəli binanın üzlük daşları qoparaq təhlükəli vəziyyət yaradır - VİDEO  |     12:55 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam etdirilir  |     12:33 Ağdamda bədbəxt hadisə: Fəhlənin sinəsinə armatur batdı  |     12:06 Doktorantura üzrə elektron sənəd qəbuluna başlanılıb  |     11:54 Tərtərdə qadın qətlə yetirilib, qayınatası şübhəli bilinir  |     11:34 15 yaşına çatmamış yeniyetməni işə cəlb edən şəxslər 4 min manat cərimə ediliblər  |     11:27 Paytaxtda 26 yaşlı gəncin qətlə yetirilməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ (VİDEO)  |     11:18 Azərbaycanda ötən il ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sayı açıqlanıb  |     23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |    

Bazarda satılan tərəvəz zərərlidir? (AÇIQLAMA)

"Bu gün heç bir əkin sahələrində nəzarət yoxdur. Sahibkarlar bir hektar qarpız və pomidor sahələrinə bir ton gübrə səpirlər".

Bunu Qaynarinfo-ya açıqlamasında fermer Anar Abbasov bir gecədə göyərtinin çürüməsinin səbəblərini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bir hektar sahəyə 40 kiloqram azot verilməlidir:

"Bu gün bazarlarda satılan göyərtilərin bir gecədə xarab olmasının səbəbləri var. Göyərtini bir gecədə çürüdən kimyəvi maddələrdir. Bütün əkinçilər bir-biri ilə yarışa girib, daha çox məhsul qazanmaq üçün hər bir yola əl atırlar. "Bazara birinci biz girməliyik” bütün əkinçilərin şüarı olub. Əkinci göyərtinin toxumunu səpəndə birinci onu bazara tez çıxarmağın yolunu çızır. Onun üçün keyfiyyət, kəmiyyət söhbəti kənarda qaldı. Əkinçi deyir ki, necə edim ki, göyərtinin boyu 10 günə qalxsın və tez də satım".

Anar Abbasov bildirib ki, sahibkarlar göyərtinin inkişafını dəyişdirirlər, ona kimyəvi maddələr qatmaqla bitkilərin böyümə balansını pozurlar:

Bitkilərin böyümə balansı var. Keşniş, şüyüd 50-55 günə yetişir. Amma sahibkarlar bunun balansını pozurlar. Xüsusən də gecələr ona günəş əvəzi damma şüaları verirlər. Həmin şüalardan sonra göyərti 15-20 günə bazara çıxır. Biz birinci göyərtini çıxardanda onlar artıq ikincini bazara təhvil verir".

Anar Abbasov təəssüf hissi ilə bu maddələrin insan səhhətinə zərərli olduğunu açıqlayıb: "İnsan bunu yeyir və beləliklə kimyəvi qatqılarla millətin genofondunu məhv edirik. Bizim davamız bududr. Ölkəyə xüsusi maddələr gətirilir ki, heç birinin tərkibi bilinmir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            165 18.03.25 22:31