Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Həddindən artıq enerji içkisi içməyin təhlükələri: Türkiyəli mütəxəssis xəbərdarlıq etdi

18.03.2025 14:22 1 320
Həddindən artıq enerji içkisi içməyin təhlükələri: Türkiyəli mütəxəssis xəbərdarlıq etdi
Elmi araşdırmalar enerji içkilərinin həddindən artıq qəbulunun sağlamlığa olduqca mənfi təsir etdiyini ortaya çıxarıb.

Enerji içkiləri stres, aqressiv davranışlar, alkoqol və siqaretdən istifadənin artması, yüksək qan təzyiqi, piylənmə və 2-ci tip diabet riski, keyfiyyətsiz yuxu və mədə qıcıqlanması kimi hallara gətirib çıxarır.

Bu içkilərin zərərləri barədə türkiyəli mütəxəssis, daxili xəstəliklər üzrə həkim Burak Can İHA-ya müsahibəsində danışıb.

"İnsanlar enerji içkilərindən əsasən performanslarını artırmaq üçün istifadə edirlər, lakin bu, bəzi risklər daşıyır. Xüsusilə uşaq və yeniyetmələrin bu içkilərdən istifadəsini tövsiyə etmirik. Tərkibində insanları oyaq saxlayan və güc verən bir maddə - kofein var. Həmçinin şəkər, taurin, B vitaminləri mövcuddur. ABŞ Qida Məhsulları və Dərman Vasitələrinə Nəzarət İdarəsi (FDA) gündə 4 milliqramdan artıq kofein istehlak edilməsini tövsiyə etmir", - deyə Burak Can bildirib.

Onun sözlərinə görə, enerji içkiləri həddindən artıq istehlak edilməməlidir.

"Bu içkiləri insanlara tövsiyə etmirik. Kofein səbəbi ilə aritmiya (ürək döyüntüsünün pozulması) və həzm pozğunluqları kimi şikayətlər ortaya çıxa bilər. Xüsusilə ürək, böyrək və şəkər xəstələrinin bu içkilərdən uzaq durması lazımdır", - deyə mütəxəssis qeyd edib.

Burak Can enerji içkilərinin yayda sərinləmək üçün istehlak edildiyinə baxmayaraq, sərinləşdirici təsirinin olmadığını vurğulayıb.

"Enerji içkilərinin sərinləşdirici təsiri olduğu düşünülür. Ancaq bu məhsullar maye itkisinə səbəb olduğu üçün sərinlik gətirmir. Enerji içkiləri suyun yerini tuta bilməz. Əksinə, enerji içkisini qəbul etdiyiniz zaman maye itkisinə səbəb olduğu üçün daha çox su içmə ehtiyacı yaranır", - deyə o əlavə edib.

Həkimin sözlərinə görə, həmçinin enerji içkilərinin alkoqollu içkilərlə birlikdə qəbul edilməsi də doğru deyil.

"Alkoqol yuxugətirici, enerji içkisi isə stimullaşdırıcı təsir göstərir. Bu halda da fərqində olmadan həddindən artıq alkoqol qəbul edilə bilər. Müntəzəm olaraq və ya hər gün istifadə edildikdə enerji içkiləri asılılıq yaradır. Performansı artırmaq və ya oyaq qalmaq üçün enerji içkiləri yerinə mineral su və qəhvə istehlak edilə bilər. Lakin hər içkidə olduğu kimi, onların da həcminə diqqət edilməlidir. Bir fincan türk qəhvəsində təxminən 60-65 milliqram kofein, 1 böyük fincan filtrlənmiş qəhvədə isə təxminən 115-175 milliqram kofein var. Buna uyğun olaraq nə qədər içməli olduğunuzu hesablaya bilərsiniz. Mineral su gündə 1-2 şüşə olmaqla istehlak edilə bilər. Bu tövsiyələr sağlam yetişkin insanlar üçündür. Xroniki xəstəlikləri olanlara, hamilə qadınlara və uşaqlara həkimləri ilə məsləhətləşdikdən sonra istifadə etmələrini tövsiyə edirik", - deyə Burak Can bildirib.

Son xəbərlər