Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

"Bu yolda avtobuslar dönə bilər, digər nəqliyyat vasitələri yox"- DYP-dən AÇIQLAMA

06.03.2025 20:00 2 250
Xəbər verdiyimiz kimi, Yasamal rayonu Əsəd Əhmədov və Abbas Mirzə Şərifzadə küçələrinin kəsişməsində İnşaatçılar m/s-dan üzü 20 Yanvar m/s-a gedən yolda sadəcə düzünə və sağa dönməyə icazə verən yol nişanı quraşdırılıb.

Lakin bəzi avtobuslar birbaşa sola Ə.Əhmədov küçəsinə (Yeni Yasamala) dönürlər, bunu görən minik avtomobili sürücüləri də dönməyə icazə olduğunu düşünür və hərəkəti təkrarlayır. Belə olan halda, həm qayda pozulur, həm də qəza şəraiti yaranır.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, o yolda avtobusların dönməsinə icazə var. T.Nəsirli qeyd edib ki, “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanunun 65-ci maddəsinin III hissəsinin tələbinə əsasən, 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir:

“Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. Lakin 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərişin ve baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir”.(sfera.az)скачать dle 11.3
Mojo.az Banner