Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO | 16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər | 16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı |
Mojo.az Avto
Mojo.az Avto

Görüşdüyü 50 yaşlı qadını öldürən məktəbliyə 10 il cəza verildi

04.03.2025 13:04 1 950
Görüşdüyü 50 yaşlı qadını öldürən məktəbliyə 10 il cəza verildi
Ötən ilin avqustunda Sabirabad şəhərində 1975-ci il təvəllüdlü Rəna İmanovanı kəsici alətlə qətlə yetirilməkdə təqsirləndirilən 2007-ci il təvəllüdlü Ramal Qurbanlıya hökm oxunub.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü (quldurluq, hədə-qorxu ilə tələb etmə ilə əlaqədar adam öldürmə və silah qismində əşya tətbiq etməklə quldurluq) maddələri ilə təqsirli bilinib.

Qeyd edilib ki, Sabirabadın Əsədli kənd sakini olan Ramal 10-cu sinif şagirdi olub və ali məktəbə hazırlaşırmış. O, hazırlığa gedib-gələrkən Sabirabad şəhərində yaşayan 50 yaşlı R.İmanova ilə tanış olub və bir neçə dəfə qadının evində onunla görüşüb. Rənanın tək yaşadığını, pul və qızıllarının olduğunu öyrənən Ramal onu öldürmək qərarına gəlib.

O, Rənanın mənzilinə aldatma yolu ilə daxil olduqdan sonra çoxsaylı bıçaq zərbələri ilə qadını qətlə yetirib və evdən 5700 manatlıq qızıl, telefon götürərək qaçıb. Lakin qısa müddət sonra polisin keçirdiyi tədbirlərlə Ramal Qurbanlı saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin fevralın 27-də çıxardığı hökmlə Ramala 10 il həbs cəzası verilib. Cəza təyin edilərkən qanunda yetkinlik yaşına çatmayanlara maksimum cəza müddəti tələbi nəzərə alınıb.

Son xəbərlər