Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb |
Mojo.az Avto
Mojo.az Avto

Şərabı hansı dozada içmək olar?

31.10.2024 12:28 2 790
Şərabı hansı dozada içmək olar?
Şərabın normadan artıq dozası sağlamlığa ziyan ola bilər.

Median.Az
bu barədə lenta.ru-ya istinadən xəbər verir.

Məlumata görə, bunu Narkologiya və Psixiatriya Klinikasının rəhbəri, rusiyalı həkim-psixiatr, narkoloq Ruslan İsayev bildirib ki, gündəlik bir qədəh qırmızı şərabın faydası haqqında geniş yayılmış yanlış fikir çox vaxt spirtli içki qəbulunu əsaslandırmaq və ya reklam məqsədləri üçün istifadə olunur.

Qırmızı şərab istehsalçıları tez-tez içkinin tərkibindəki bitki mənşəli maddələr - polifenollar sayəsində antioksidant xüsusiyyətlərə malik olduğunu, yaşlanmanı ləngitdiyini və xərçəngin qarşısını aldığını iddia edirlər. "İdeal laboratoriya şəraitində bu antioksidantlar orqanizmin mikroflorası ilə qarşılıqlı təsirdə olarkən həqiqətən də bəzi bakteriyaların artmasına, digərlərinin qarşısının alınmasına və mikrobiomun fəaliyyətinin yaxşılaşmasına kömək edir", - deyə İsayev qeyd edib.

Lakin narkoloqun sözlərinə görə, real şəraitdə şərabın "faydası" heçə enir. Birincisi, antioksidantlar çox uçucudur və 90% hallarda bir neçə ay saxlanıldıqdan sonra yox olur. Onlar yalnız içilməsi qəbul edilməyən cavan və hələ turş şərabda olur. İkincisi, şərabın antioksidant xüsusiyyətləri etanolun vurduğu zərərdən daha az fayda verir.

İsayev vurğulayıb ki, sübut olunub: spirtli içkilərin ən təhlükəsiz dozası onun olmamasıdır. İnsan orqanizmini və onda baş verən prosesləri ideal laboratoriya şəraiti ilə müqayisə etmək olmaz.
//oxu.az

Son xəbərlər