Rəsmi Bakıdan Makrona SƏRT CAVAB: “Qərəzli yanaşmalara son qoyulmalıdır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |     12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |     11:54 Maştağada əvvəllər məhkum olunmuş kişi özünü asdı  |     11:53 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:52 Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb  |     11:50 Azərbaycan nefti ucuzlaşıb  |     11:49 Narkotik qəbul edib maşın sürdü, həbs olundu  |     11:48 Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var  |    

Rəsmi Bakıdan Makrona SƏRT CAVAB: “Qərəzli yanaşmalara son qoyulmalıdır”

“21 fevral 2024-cü il tarixində Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Parisdə Ermənistan Baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyirik”.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə mətbuat konfransı zamanı səsləndirdiyi iddialara dair şərhində yer alıb.

Bildirilib ki, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın öz istəkləri və heç bir zorakılıq tətbiq olunmadan Azərbaycan ərazilərini tərk etmiş ermənilərin hüquq və təhlükəsizliyindən danışması tamamilə yersizdir:

“Bununla yanaşı, Alma-Ata bəyannaməsi və müəyyən xəritələr çərçivəsində ərazi bütövlüyünün vacibliyinə toxunan Fransa tərəfinin, nəyə görə məhz bu kimi razılaşmalara zidd olaraq 30 ilə yaxın müddətdə davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hal-hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmaması sualına aydınlıq gətirməsi daha faydalı olardı.

Heç bir təhrikedici amil olmadan 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın qeyri-proporsional cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbuledilməzdir və bu kimi qərəzli yanaşmalara son qoyulmalıdır.

Fransanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            573 22.02.24 12:42