Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Şirvanda bir ailənin üç üzvünün zəhərlənməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI - YENİLƏNİB

21.02.2024 12:23 2 088
Şirvanda bir ailənin üç üzvünün zəhərlənməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI - YENİLƏNİB
Şirvanda bir ailənin üç üzvünün zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə oxu.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

* * * * *

Şirvanda bir ailənin üç üzvü zəhərlənib.


APA xəbər verir ki, M.Əsədov küçəsində yaşayan, 2009-cu il təvəllüdlü Ləman Nəzərova, 2001-ci il təvəllüdlü Orxan Nəzərov və 1980-cı il təvəllüdlü Samirə Nəzərova ötən gün axşam saatlarında yaşadıqları evdə göbələkdən hazırlanmış yeməkdən zəhərləniblər.

Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər