Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

BMT-dən HƏYƏCAN TƏBİLİ: “Sudanda onminlərlə uşaq aclıqdan ölə bilər”

09.02.2024 20:44 2 874
BMT-dən HƏYƏCAN TƏBİLİ: “Sudanda onminlərlə uşaq aclıqdan ölə bilər”
Sudanda 700 mindən çox uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir. On minlərlə azyaşlı aclıqdan ölə bilər.

Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) rəsmi nümayəndəsi Ceyms Elderin bəyanatında bildirilir.

“Son 300 gün göstərir ki, bu il 700 mindən çox uşaq qida çatışmazlığının ən ölümcül formasından əziyyət çəkir. UNICEF onların 300 mindən çoxunu lazımi qayğı və müalicə imkanı ilə əhatə edə bilməyəcək. Belə olduqda on minlərlə azyaşlının ölüm ehtimalı var”, - Elder əlavə edib.

Qeyd edək ki, Sudan əhalisinin yarısının (təxminən 25 milyon nəfər) humanitar yardıma və müdafiəyə ehtiyacı var. BMT-nin məlumatına görə, 1,5 milyondan çox insan ölkədən Mərkəzi Afrika Respublikası, Çad, Misir, Efiopiya və Cənubi Sudana qaçıb. Belə ki, Sudandakı vəziyyət 2023-cü ilin aprelində ölkənin Suveren Şurasının sədri, ordu komandiri Əbdülfəttah əl-Burhan ilə çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib və vətəndaş müharibəsinə bənzər vəziyyətə gətirib çıxarıb.

Mənbə: TASS

Son xəbərlər