Mojo.az Banner
22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |     21:19 "Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib  |     21:01 DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?  |     20:41 DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı  |     20:33 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır  |     20:23 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı  |     20:16 "Neftçi" Elvin Camalov ilə yollarını ayırdı - RƏSMİ  |     20:05 Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR  |    
Mojo.az Avto
Mojo.az Avto

Sudan BƏƏ ilə 6 milyard dollarlıq müqaviləni ləğv edib

05.11.2024 12:35 1 215
Sudan BƏƏ ilə 6 milyard dollarlıq müqaviləni ləğv edib
Sudan Qırmızı dənizdə limanın inşası üçün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə 6 milyard dollarlıq müqaviləni ləğv etdiyini açıqlayıb.

Bu barədə "Sudan Tribune" ölkənin maliyyə naziri Cibril İbrahimə istinadən məlumat yayıb.

Xartum Əbu-Dabini hakim Suveren Şuraya qarşı çıxan Çevik Reaksiya Qüvvələrinə dəstək verməkdə ittiham edib.

Bildirilir ki, 2022-ci ilin dekabrında bağlanan müqavilə, sudanlı iş adamı Usama Daudun idarə etdiyi "Abu Dhabi Ports" və "Invictus Investment" şirkəti tərəfindən Port-Sudandan 200 km şimalda yerləşən Əbu Amama limanının tikintisini nəzərdə tuturdu.

Qeyd edək ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində ölkənin Suveren Şurasının sədri, ordu komandanı Əbdülfəttah əl-Burhan və çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib. Onların arasında əsas ziddiyyətlər vahid silahlı qüvvələrin formalaşdırılmasının vaxtı və üsulları, eləcə də baş komandan postunu kimin tutmalı olması ilə bağlıdır.скачать dle 11.3
Mojo.az Banner