Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:55 Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı | 16:51 Küləkli hava ilə bağlı xəbərdarlıq verildi | 16:42 Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - Foto | 16:25 Kriştiano Ronaldo 38-ci penalti uğursuzluğunu yaşadı | 16:14 İraqda qaz kəməri partladı: Dörd ölü, xeyli yaralı var - Video | 16:05 Paşinyan: "Sabah TRIPP layihəsinin işə salınmasını rəsmən elan edəcəyik" | 15:31 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat edib | 15:11 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib | 15:08 Bu gün Tahir Abdullayevin döyüşü var | 15:07 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü | 15:06 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" | 14:51 Sumqayıtda 9 yaşlı qız dəm qazından boğuldu | 14:43 Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb | 14:39 Xalq rəssamının ailəsində faciə: Oğlu mənzilində ölü tapıldı | 14:38 Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto | 14:32 Braziliyada dağıdıcı qasırğa: 3 nəfər ölüb, minlərlə ev zərər görüb - Video | 14:26 Gəncədə evdə yanğın: İki nəfər zəhərləndi | 14:21 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi | 14:19 Saatlıda avtomobil yanıb kül oldu - Anbaan video | 14:08 Masallıda ustanı işlədiyi evdə elektrik cərəyanı vurdu: Yolda öldü |
Mojo.az Avto
Mojo.az Avto

Sabiq deputatın həbs müddəti uzadıldı

31.01.2024 17:16 2 853
Sabiq deputatın həbs müddəti uzadıldı
Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq davam edir.

“Report"un məlumatına görə, bu gün Nərimanov Rayon Məhkəməsində seçilmiş qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Hakim Vüsal Qurbanov seçilmiş qətimkan tədbirinin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyini elan edərək təqdimatı təmin edib. Qərara əsasən, Bəydəmirlinin həbsdə saxlama müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, sabiq deputat ötən ilin iyulunda həbs olunub.

İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O, bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Bəydəmirliyə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər