Mojo.az Banner
23:00 Epşteynin sağ olduğu iddia edildi  |     22:56 Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" detalı (Video)  |     22:45 Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - Video  |     22:33 "Card to card" dövrü bitir? - Hər kəsin bilməli olduğu YENİLİK  |     22:12 Ermənistanda hərbi qulluqçunun meyiti aşkarlanıb  |     22:08 200 illik tarixi məscid qəzalı vəziyyətdə: İbadət edənlər Zaqatalaya gedirlər (Video)  |     22:01 Azərbaycana səfəri zamanı ABŞ vitse-prezidentini dövlət katibinin müavini müşayiət edəcək  |     21:50 AZTV-nin sədr müavininə ağır itki  |     21:40 Pakistanda məsciddə törədilmiş terror aktının təşkilatçısı saxlanıldı  |     21:29 Alış-veriş edən 73 yaşlı kişinin ürəyi dayandı - Azərbaycanda  |     21:17 "Qızıl qaya" istirahət mərkəzində yanğın oldu  |     21:06 Ceyhun Bayramov sabiq səfirə yüksək vəzifə verdi (FOTO)  |     20:51 On min manatlıq cehizlik oğurlayan şəxs saxlanıldı  |     20:37 Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi - Sumqayıtda  |     20:36 "Crocus City Hall"dakı terror aktı üzrə məhkəmədə gizli şahidin ifadəsi dinlənildi  |     20:08 Uşaqlar dərsə gəlmir deyən müəllimlə bağlı tədbir görüldü - VİDEO  |     19:59 Ermənistan XİN-də Azərbaycan və Türkiyə ilə münasibətlər müzakirə edilib  |     19:51 Güllələnən müəllimin atası: "Sosial şəbəkədə nə gəldi yazırlar" (VİDEO)  |     19:31 Azərbaycan cüdoçusu finala vəsiqə qazandı  |     19:25 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?  |    
Left Banner
Right Banner

Türkiyəli ekspert: “Ermənistanda uşaqları terror təşkilatına cəlb edirlər”

02.12.2023 15:24 2 274
Türkiyəli ekspert: “Ermənistanda uşaqları terror təşkilatına cəlb edirlər”
“Ermənistanda uşaqlar terror təşkilatına cəlb olunurlar”.

“Report” xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Deniz Atasoy Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk Dünyasının gələcəyinə həsr olunmuş beynəlxalq Turan konfransında çıxışı zamanı deyib.

Ekspert qeyd edib ki, dünya gözlərini haqsızlığa qarşı yumur.

O bildirib ki, ermənilər daim terrorçulardan geniş istifadə ediblər:

“Onlar bunun üçün müxtəlif terror təşkilatları ilə işləyirlər”.

Ekspertin sözlərinə görə, bu gün terrorizm dünyada geniş yayılıb:

“Bu məsələ beynəlxalq təhlükəsizliyə təhdid yaradır. Ona görə də terrorizmə qarşı ciddi mübarizə aparılmalıdır”.

D.Atasoy qeyd edib ki, terrorizm hər ötən gün güclənir:

“Məsələn, VOMA Ermənistanın terror təşkilatıdır. 2014-cü ildə yaradılıb. Bu təşkilatın terror təşkilatı olduğunu qəbul etməyimiz üçün kifayət qədər dəlil var. Yəni onun sırf humanitar xarakterli olduğuna dair iddialar əsassızdır”.

Ekspert vurğulayıb ki, bu təşkilatın fəaliyyətində Azərbaycan və Türkiyəyə qarşı aqressiya xüsusi yer tutur:

“Uşaqların təşkilata cəlb olunması sosial mediada manipulyasiyalar vasitəsi ilə aparılır”.скачать dle 11.3