Mojo.az Banner
12:57 Sürücülərin DİQQƏTİNƏ: Ukrayna dairəsindəki xətlənmə cərimələrə səbəb olur - Video  |     12:39 Azərbaycanın bəzi ərazilərində qar örtüyünün hündürlüyü 150 santimetrə çatıb (Video)  |     12:31 FHN kəskin hava şəraiti ilə bağlı əhaliyə ÇAĞIRIŞ EDİB  |     12:19 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu  |     12:19 Tramp Fransa prezidentinin şəxsi mesajını dərc etdi  |     12:10 Paşinyan Trampın Qəzza Sülh Şurasına qoşulmaq dəvətini qəbul etdi  |     12:05 Kamaləddin Qafarov: “20 Yanvar faciəsi terrorun bariz nümunəsi idi”  |     11:59 Azərbaycanda ayların adları dəyişdirilir? - “Çıxçömbəl, oğlaqqıran, vaynənə…”  |     11:53 Cinayətdə şübhəli bilinən 28 nəfər saxlanıldı  |     11:47 “TikTok” bu şəxslərin hesabını siləcək  |     11:41 Azərbaycan nefti UCUZLAŞDI  |     11:36 Ramil Əliyev vəzifəsindən azad olundu  |     11:28 Azərbaycana güclü qar yağdı, evin talvarı çökdü -FOTOLAR  |     11:23 Yol polisi sürücülərə müraciət etdi  |     11:05 Səfər Əbiyevə ağır itki  |     23:00 Süni intellekt haqqında 5 ən böyük yanlış fikir  |     22:53 Kamçatka qar altında - Video  |     22:46 Bu balıq çeşidlərində azalma, qiymətlərində isə artım müşahidə olunur - Video  |     22:41 Fransa Azərbaycanın dörd ermənini İrəvana təhvil verməsini alqışlayır  |     22:34 Çindən ilk Transxəzər yük qatarı Azərbaycana yola düşüb  |    
Left Banner
Right Banner

20 il ərzində siqaret çəkən insanın ağciyərlərinin necə göründüyü nümayiş edildi - FOTO

24.11.2023 12:43 2 124
20 il ərzində siqaret çəkən insanın ağciyərlərinin necə göründüyü nümayiş edildi - FOTO
ABŞ-dən olan tibb bacısı 20 il ərzində siqaret çəkən insanın ağciyərlərinin necə göründüyünü göstərib.

Fərqi daha yaxşı görmək üçün tibb bacısı Amanda Eller siqaret çəkənin ağciyərlərinin yanına sağlam insanın ağciyərlərini qoyub. Görüntülərdə siqaretə aludə olan kişinin tənəffüs orqanlarının qaraldığı və kömür parçalarına bənzədiyi görünür.

Bundan əlavə, tibb bacısı siqaret çəkənlərin ağciyərlərinin lazımi qaydada işləmədiyini də göstərib.

“Ağciyərlər öz elastikliyini itiriblər. Nəfəs aldıqda, onlar dartılır, ancaq nəfəs verərkən, onlar “qapanır” və bu vəziyyətdə qalırlar, onlar açıla bilmirlər”, - deyə mütəxəssis izah edib.

Görüntülər sosial şəbəkə istifadəçilərinə o qədər təsir edib ki, bir çox insan gördüklərinin siqareti tərgitmək barədə düşünməyə vadar etdiyini etiraf edib.

“Siqareti buraxmaq üçün başqa bir cəhdə hazırlaşıram”, - deyə istifadəçilərdən biri şərh yazıb.


скачать dle 11.3