Mojo.az Banner
18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |     18:43 Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru  |     18:37 Qanunsuz saxlanılan 16 tüfəng aşkarlandı  |     18:30 Bazar günü hava necə olacaq?  |     18:24 Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı artdı  |     18:15 Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı  |     18:09 Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - VİDEO  |     18:01 Mask bunu da etdi - Ağzını açmadan danışa bildi (VİDEO)  |     17:55 "Çelsi" səfərdə uduzdu  |     17:45 Suriyada silah anbarında partlayış: 11 hərbçi öldü  |     17:22 Şahin Bağırov Fərid Usubovun yerinə onu təyin etdi  |     17:07 Göygöl rayonuna dolu düşüb - Faktiki hava  |     17:02 Bakıda baş verən güclü yanğın söndürülüb (Video)  |     16:48 Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam  |     16:38 Füzulidə ağır qəza - Ölən və yaralananlar var  |     16:22 Pensiya və minimum əməkhaqqı artır - VİDEO  |     16:21 Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq  |     16:18 Arvadını 11 yaşlı qızının gözü qarşısında 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu  |     16:16 26 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir: İkisinin fəaliyyəti dayandırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən müfəttişin istintaqı yekunlaşıb

22.11.2023 17:50 2 724
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən müfəttişin istintaqı yekunlaşıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Laçın rayon bölməsinin müfəttişi Rəşad Rəşidlinin istintaq prosesi yekunlaşıb.

“Report” xəbər verir ki, R.Rəşidlinin işinə cari il noyabrın 30-da Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən iclasda baxılacaq.

Qeyd edək ki, R.Rəşidli SHXÇDX-nin Laçın rayon bölməsinin çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitləri almaqda ittiham olunub.

Faktla bağlı başlanmış cinayət işləri üzrə toplanmış sübutlar əsasında Rəşad Rəşidli Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner