Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Ağdaş və Göyçay rayonlarında üç gün qaz olmayacaq

22.11.2023 11:54 4 248
Ağdaş və Göyçay rayonlarında üç gün qaz olmayacaq
Bu gün Ağdaş və Göyçay rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt yüksək təzyiqli magistral qaz kəmərinin 162,4-cü km-də və 147,5-ci km-də görüləcək təmir işləri ilə əlaqədar “Şəmsəbad 2-ci xətt” və “Göyçay-3” ölçü qovşaqlarından noyabrın 22-də saat 09:00-dan üç gün müddətində qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə (noyabrın 22-24-də) Ağdaş rayon mərkəzi daxil olmaqla rayonun Kükəl, Hüşün, Ərəb, Aral-1, Aral-2, Xosrov, Şəmsabad, Tofiqi, Qarağan Sədi, Qarağan Şıxlar, Əmirmahmud, Bulaqotağı, Yuxarı Qəsil, Aşağı Qəsil, Orta Qəsil, Gülbəndə, Bəylik, Şordəhnə, Qarağan Saatlı və Sadavat kəndlərinin, həmçinin Göyçay rayonunun Mirzəhüseynli, Ərəbcəbirli, Şəhadət, Qarabağlar, Hüngütlü, Mallı-Şıxlı, Xəlitli, Çərəcə, Müskürlü, Qəbələ-Müskürlü, Yeniarx, Çərəkə, Şıxlar və Ərəbşahverdi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.скачать dle 11.3
Mojo.az Banner